Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Üç supergücün hazırladığı absurd xəritə: Azərbaycan və Ermənistan... Sensasion

Üç supergücün hazırladığı absurd xəritə: Azərbaycan və Ermənistan... Sensasion

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Nüfuzlu “Newsweek” (“Nyusvik”) dərgisi dünyanın ABŞ, Çin və Rusiyanın maraq dairəsinə bölünəcəyini əks etdirən xəritə dərc edib. Dərgi bu 3 ölkə arasında şahmat oyununa bənzər mübarizə getdiyini yazıb. Dərginin bölgüsünə görə, Çinin təsir dairəsi Cənub-Şərqi Asiyanı, o cümlədən Pakistan, Hindistan və Yaponiyanı əhatə edəcək. ABŞ “Monro doktrinasına” görə Şimal Amerikaya, o cümlədən Qrenlandiyaya hakim olacaq. Dərginin Rusiyaya verdiyi “pay” da maraqlıdır. Dərginin məntiqinə görə, Avropanın tamamı, Türkiyə və Cənubi Qafqaz ölkələri Rusiyanın təsir dairəsində olacaq. Maraqlıdır ki, dərgidəki məqalədə Mərkəzi Asiya, Yaxın Şərq, o cümlədən Afrika, Avstraliya və Cənubi Amerika ABŞ, Çin və Rusiya arasında bölüşdürülməyib”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, “Newsweek” kimi ciddi dərginin dünyanı 3 ölkə arasında bölüşdürüləcəyini ehtiva edən məqaləsi ABŞ-dan çox Rusiya və Çinin maraqlarına cavab verir:

“Çin və Rusiya dərgidə onlara aid edilən ölkələri “pay” almağı məmnuniyyətlə qəbul edərdilər. Ancaq Yaponiya və Hindistan heç zaman öz istəkləri ilə Çinin təsir dairəsinə düşməzlər, əksinə Tokio və Dehli Çinin regonda möhkəmlənməsi təşəbbüslərinə qarşı müqavimətlərini davam etdirirlər. Təsadüfi deyil ki, ABŞ Hindistan və Yaponiyanın iştirakı ilə müxtəlif əməkdaşlıq formatları təsis edib. Çinin iqtisadi gücü ilə mübarizə aparan ABŞ Prezidenti Donald Tramp da Hindistan və Yaponiyanın Pekinin təsiri altına düşməsinə imkan verməz.

Elxan Şahinoğlu

Avropanın tamamını, Türkiyəni və Cənubi Qafqazı Rusiyaya “pay” verən ABŞ dərgisinin bu “məntiqi” də mübahisə predmetidir. Əlbəttə, Rusiya Ukrayna müharibəsini öz xeyrinə bitirərsə, başqa planlarını həyata keçirməyə çalışacaq. Bu sırada Rusiyanın Mərkəzi Asiya və Cənubi Qafqazda möhkəmlənməsi istəyi dayanacaq. Ancaq Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri Rusiya ilə normal münasibətlərin tərəfdarı olsalar da, keçmiş imperiyanın hər hansı başqa formada qayıtmasına razılaşmazlar.

Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri məhz buna görə Rusiya və Çinlə yanaşı digər nüfuzlu ölkələrlə sıx əlaqələr qurublar. Avropaya qaldıqda, köhnə qitə bu gün Ukraynanı məhz ona görə dəstəkləyir ki, Rusiyanın qələbəsi rəsmiləşməsin və Kreml bu bataqlıqdan çıxa bilməsin. Avrasiya bölgəsinin aparıcı ölkələrindən birinə çevrilən Türkiyənin Rusiyanın təsiri altına düşməsi isə xam xəyala bənzəyir”.

Safura Bənnayeva
Globalinfo.az  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Aprel 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri