Üç xarici aviaşirkət Moskvaya uçuşları bərpa edir
Icma.az bildirir, Axar.az portalına istinadən.
İsrailin “El Al”, Vyetnamın “Vietnam Airlines” və Türkmənistanın “Turkmenistan Airlines” aviaşirkətləri may ayından Moskvaya uçuşları bərpa edəcək.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“İsrailin “El Al” aviaşirkəti mayın 1-dən Təl-Əviv və Moskva arasında müntəzəm birbaşa uçuşları bərpa edəcək. Bu qərar mövcud vəziyyətin qiymətləndirilməsi və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ölkə rəhbərliyi ilə aparılan müzakirələrdən sonra qəbul edilib. “Turkmenistan Airlines” mayın 2-dən etibarən Aşqabad-Moskva və əks marşrut üzrə müntəzəm reysləri bərpa edəcək. Vyetnamın milli aviadaşıyıcısı “Vietnam Airlines” üç illik fasilədən sonra mayın 8-də Moskvaya birbaşa uçuşların bərpa olunacağını elan edib”, - məlumatda qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 30 Aprel 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















