Icma.az
close
up
RU
Üç yaşa qədər uşağı olan valideynlərə müəyyən güzəştlər olunsun TƏKLİF

Üç yaşa qədər uşağı olan valideynlərə müəyyən güzəştlər olunsun TƏKLİF

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Üç yaşa qədər uşağı olan valideynlərə iş yerlərində müəyyən güzəştlərin olunması təklif edilir

Oxu.Az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin Elm və təhsil komitəsində müzakirəyə çıxarılan "Təhsil haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı çıxış edib.

O, 3 yaşa qədər uşaqların bağçalara göndərilməsinin bəzi problemlərə yol açdığını deyib:

"Uşağın ilk 3 ili onun emosional, psixoloji və nevroloji inkişafı baxımından ən vacib dövrdür. Bu dövrdə körpənin əsas ehtiyacı oyuncaq deyil, ana qucağı, sevgi və sabitlikdir. Bu yaşda ana ilə emosional bağın qurulması, təhlükəsizlik hissi və sabitlik uşağın gələcək psixoloji sağlamlığı üçün əsasdır. Erkən yaşda bağçaya göndərilən uşaqlarda stress hormonlarının (kortizol) səviyyəsinin artması müşahidə olunmuşdur ki, bu da uzunmüddətli emosional və davranış problemlərinə səbəb ola bilər. Təəssüf ki, bir çox valideyn iş rejiminin və həyat tələblərinin təsiri ilə bu dövrdə uşağı bağçaya göndərməyə məcbur olur. Nəticədə, körpələr səs-küylü, yad mühitə düşür və bu, onların daxili stresini artırır".

"Beynəlxalq təcrübədə bu məsələyə xüsusi diqqət yetirilir. Bir çox ölkələrdə 3 yaşdan əvvəl bağçaya keçid mərhələli olur, uyğunlaşma proqramları tətbiq edilir. Məsələn, İsveçdə "inskolning" adlı mərhələli uyğunlaşma prosesi tətbiq olunur. Valideynlərə övladlarının bağçaya adaptasiyası üçün valideynə iş yerindən qanuni icazə tətbiq olunur. Avstraliyada "National Quality Framework" çərçivəsində erkən uşaq baxımı və təhsili üçün milli standartlar müəyyən edilmişdir. Təklif edirəm ki, 0-3 yaşlı uşaqlara baxan valideynlər üçün çevik iş rejimi, qısaldılmış iş rejimi, müəyyən vəzifələr üçün onlayn çalışmaq icazələri qanunla tənzimlənərək tətbiq olunma mexanizmlərinə baxılsın. Ev əsaslı baxım dəstəklənsin-dayə və ailə yardım proqramları gücləndirilsin. Uşaq bağçalarında uyğunlaşma mərhələli və fərdi şəkildə həyata keçirilsin. Uşağın psixoloji vəziyyəti nəzərə alınsın. Valideynlərə psixoloji və bağçaya adaptasiya mövzusunda maarifləndirici dəstək verilsin", - deyə deputat əlavə edib.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 İyun 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see255

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see253

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see229

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see213

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see202

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see173

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see172

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see163

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see153

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see149

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see145

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see143

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see140

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see134

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri