Icma.az
close
up
RU
“Uçan saray” 21 ci əsrdə ABŞ prezidentinə verilən ən bahalı hədiyyə olacaq

“Uçan saray” 21 ci əsrdə ABŞ prezidentinə verilən ən bahalı hədiyyə olacaq

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Qətər kral ailəsindən hədiyyə olaraq qəbul etməyi planlaşdırdığı 400 milyon dollara yaxın “Boeing 747-8” təyyarəsi 21-ci əsrin əvvəlindən bəri xarici ölkədən ABŞ prezidentinə verilən ən bahalı (hətta 100 dəfədən çox) hədiyyə olacaq.

Turkustan.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Portalın təhlilinə görə, Corc Buşun prezidentliyinin əvvəlindən Trampın ikinci müddətinə qədər prezidentlər ümumi məbləği 3,8 milyon dollar olan hədiyyələr qəbul ediblər.

Amerika liderlərinə ən çox kitablar, rəsmlər, əntiq əşyalar, zinət əşyaları və heyvanlar hədiyyə edilib.

“Axios” Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və Bəhreyn də daxil olmaqla Körfəz ölkələrinin hədiyyələri arasında ən bahalısının Səudiyyə Ərəbistanı tərəfindən prezident Barak Obamaya verilən təxminən 500 min dollar dəyərində iki atdan ibarət bürünc heykəl olduğunu bildirib.

Portal həmçinin qeyd edib ki, ABŞ Konstitusiyası bütün hökumət üzvlərinə Konqresin icazəsi olmadan xarici dövlət başçılarından şəxsi hədiyyələr qəbul etməyi qadağan edir.

Əvvəllər Konqres prezidentlərə və digər hökumət rəsmilərinə bu cür hədiyyələri 480 dollardan çox olmayan məbləğdə saxlamağa icazə verirdi. Əks halda, bu əşyalar yalnız ABŞ Milli Arxivinə təhvil verilməsi şərti ilə qəbul edilə bilər.

Qeyd edək ki, mayın 11-də “ABC News” telekanalı mənbələrə istinadla xəbər verib ki, Qətər kral ailəsi Amerika liderinə “uçan saray” hədiyyə etməyi planlaşdırır.

İttihamlara cavab olaraq Tramp bildirib ki, “Boeing” şəxsən ona yox, Pentaqona verilir. O əlavə edib ki, təyyarə hökumət tərəfindən müvəqqəti olaraq 1 nömrəli bort kimi istifadə olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 May 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see170

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri