Uçan taksi şirkəti fəaliyyətini dayandırdı
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Şaquli qalxan və enən (VTOL) uçan taksilər hazırlayan Alman şirkəti "Lilium" qəfildən fəaliyyətini dayandırıb. Şirkət fəaliyyətini davam etdirmək üçün lazım olan maliyyəni təmin edə bilməyəndə 1000 əməkdaşını işdən çıxarıb.
Redaktor.az xəbər verir ki, həmtəsisçi Patrik Nathen "LinkedIn"də şirkətin bağlandığını elan edərək "yaşıl aviasiya" yaratmaq missiyasının "Lilium"un çətiri altında daha davam edə bilməyəcəyini açıqlayıb.
Şirkət 2017-ci ildə elektrikli hava taksilərinin sınaqlarına başlayıb və 2019-cu ildə uçuş sınaqlarının birinci mərhələsini tamamlayıb. "Liliu" Jet prototipi 100 km/saatdan çox sürət nümayiş etdirib.
Son bir il ərzində şirkəti maliyyə çətinlikləri narahat edib. Baş direktorun nikbinliyinə baxmayaraq, yeni maliyyələşdirmənin artırılması səyləri uğursuzluqla nəticələnib.
Şirkətin ləğvi üçün kiçik bir komanda qalacaq. "Lilium"un texnologiyası və aktivlərinin taleyi məlum deyil, lakin şirkətin əqli mülkiyyəti patent hüquqşünası Fabien Muller tərəfindən idarə olunur.
Sevinc İBRAHİMZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 26 Dekabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















