Icma.az
close
up
RU
“Uçan taksi”yə yardım: maşın alırlar, kreditini bağlayırlar Kim edir?

“Uçan taksi”yə yardım: maşın alırlar, kreditini bağlayırlar Kim edir?

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəribə kampaniyadır: iki gündür sosial şəbəkələrdə bir orta yaşlı kişi Sabunçu xəstəxanasında müalicə olunan Anar Nəcəfov üçün yeni maşın alınacağı, kreditlərinin bağlanacağı, xərclərinin qarşılanacağını anons edir. Anar Nəcəfovun başıbağlı xanımını da efirə çıxarıblar, üzünü göstərmədən və o da minnətdarlığını bildirir, taksi sürücüsünün qıcolma keçirdiyini, buna görə ayağını qaz pedalında qaldığını və qəzanın da bu səbəbdən baş verdiyini deyir.

İsrarla bildirirlər ki, Anar Nəcəfov narkotik aludəçisi deyil, sadəcə, xəstədir.

Yəqin bildiniz söhbət kimdən gedir – 10 apreldə Heydər Əliyev prospektindəki körpüyə aşan “Bold” taksi sürücüsündən.

Adam epilepsiya xəstəsidirsə, necə taksi sürürmüş? Onun ayağında elektron qandalın əsl səbəbi nədir? Onun taksi kimi fəaliyyəti qanunvericiliyə uyğundurmu?

Kimsə/kimlərsə kiməsə yardım edirsə, etsin, burda qeyri-adi heç nə yoxdur, əksinə, savabdır, insanlıqdır! Sadəcə, o qəzadan sonra başlayan yardım kampaniyasının mahiyyəti nədir?

Bu ölkədə yardım ediləcək insanlar həddən artıq çoxdur: qazilər var – canını bu Vətən, bu ölkə, bu xalq üçün əsirgəməyiblər; şəhid ailələri var – bəziləri hazırda da sıxıntı içində yaşayır, bir çoxunun evindən yayılan görüntülər ürək dağlayır; alimlər var – mürəkkəbi şəhid qanı qədər dəyərli; ziyalılar var – heç nəyə baxmadan bu ölkənin tarixi, mədəniyyəti üçün əlindən gələni edir; ixtiraçılar var – ölkə üçün böyük işlər görə bilərlər...

Şəhid ailələri və qazilərə qısamüddətli yardım yalnız 44 günlük savaş və ondan sonrakı bir neçə ayda oldu: aradan keçən illərdə qazi, şəhid ailələri, veteranlarımız üçün davam edən bir kampaniya görmədik!

Bir ziyalının tarixi araşdırmasının çapı, yayılması, tərcüməsi, elə o alimin zəruri xərclərinin qarşılanması üçün hər hansı kampaniya da görmədik! Bu ölkənin pullu kişiləri – fərqi yoxdur, ölkə daxilində olsun, yaxud ölkədən kənarda – nədənsə yalnız “qolbaqgəzdirənlərə”, “sırğagəzdirənlərə” yardıma qaçır: fərqi yoxdur, o “qolbaq-sırğa” ayağına taxılan elektrondur, yoxsa burnuna taxılan qızıl...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Aprel 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri