Ucarda 14 avtomobilin iştirakı ilə qəza olub, ölənlər var Fotolar
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qulubənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
FHN-in məlumatına görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 14 ədəd avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalıb:
“Xilasedicilər tərəfindən dörd nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır”.
APA-nın məlumatına görə isə, qəza nəticəsində 2 nəfər - Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayev hadisə yerində ölüb, 22 yaralı isə Göyçay xəstəxanasına gətirilib.
“İlkin ehtimala görə, dəhşətli qəzaya yaxınlıqda yerləşən zibil poliqonunda baş verən yanğının tüstüsü səbəb olub. Magistral yolda hərəkətdə olan nəqliyyat vasitələri gözlənilmədən qatı tüstüyə düşüb və görünüş məsafəsi tamamilə məhdudlaşdığından məlum hadisə baş verib”, - agentlik yazır.





Bu mövzuda digər xəbərlər:Ağır QƏZA: Ölənlər var FOTOlar
20 Noyabr 2025 09:14
Ucarda ZƏNCİRVARİ QƏZA: Ölənlər var FOTO YENİLƏNİB
16 Fevral 2025 15:32
Ucarda 14 avtomobil toqquşdu Ölənlər və yaralananlar var YENİLƏNİB VİDEO
16 Fevral 2025 15:12
Azərbaycanda AĞIR QƏZA: ÖLƏNLƏR VAR FOTOLAR
06 Noyabr 2024 12:27
Türkiyədə yaşayış binasınsa yanğın olub, ölənlər var FOTOLAR
13 İyul 2025 11:05
Baxış sayı:114
Bu xəbər 16 Fevral 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















