Ucarda çaqqalın sakinlərə xəsarət yetirdi: Qonşusunu müdafiə etdi, öz isə..
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ucar rayonunda çaqqalın insanlara hücumunun təfərrüatı məlum olub.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə yırtıcı heyvanın hücumuna məruz qalan Ucarın Rəstəcə kənd sakini Fatma Həsənova danışıb.
F.Həsənova həyətyanı sahədə işləyərkən qonşusu Güləndam Məmmədovaya çaqqalın hücum etdiyini görərək onun köməyinə qaçdığını, yaşlı qadını birtəhər xilas etdiyini deyib. G.Məmmədova isə qonşusu köməyə gəlməsəydi, çaqqalın onu parçalayacağını bildirib.
Daha sonra evinə qayıdan F.Həsənova bu dəfə öz həyətində çaqqalın hücumuna məruz qalıb. Həyat yoldaşı Musa Həsənov onun səsini eşidərək həyətə çıxıb. Bu zaman çaqqal onun bir barmağını qoparsa da, ər-arvad çətinliklə yırtıcını öldürə biliblər.
Ağır xəsarət alan M.Həsənov və F.Həsənova dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların hər ikisinə tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 24 Aprel 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















