Ucarda cücə sexində yanğın baş verib, 4000 cücə tələf olub FOTO
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ucarda cücə sexində yanğın olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında rayonun Cəfər Cabbarlı küçəsində qeydə alınıb.
Rayon sakini Asif Əvəz oğlu Nuruyevə məxsus ümumi sahəsi 450 kvadratmetr olan cücə sexində güclü yanğın baş verib. Yanğın zamanı 210 kvadratmetr sahə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Zərərçəkənin sözlərinə görə, 4000 cücə yanaraq tələf olub.
İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
Fakt araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 05 Yanvar 2025 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















