Icma.az
close
up
RU
Üçəmlərin QARA TALEYİ: 19 il sonra acı həqiqət üzə çıxdı

Üçəmlərin QARA TALEYİ: 19 il sonra acı həqiqət üzə çıxdı

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amma bir həqiqət var – onlar təcrübə obyekti yox, birbaşa qurban idilər.


David, Robert və Eddy adlı üçımlər Nyu-Yorkdakı bir övladlığa verilmə mərkəzində dünyaya göz açıb. Ancaq onları gözləyən çətinliklər bununla bitmirdi. Körpələr altı aylıq olanda bir-birlərindən ayrıldılar. Bu ayrılıq nə təsadüf idi, nə də bir səhv – hər şey əvvəlcədən planlaşdırılmış gizli bir psixoloji təcrübənin parçası idi. Bu böyük sirr isə 19 ildən sonra tamamilə təsadüf şəkildə ortaya çıxıb.


Qardaşları bilərək ayırdılar

2 iyul 1961-ci ildə gənc və subay bir ana dördəm uşağını dünyaya gətirdi. Üç oğlan sağlam doğuldu, amma dördüncü körpə doğuş zamanı həyatını itirdi. Altı ay sonra David, Robert və Eddy Louise Vise adlı övladlığa verilmə mərkəzi tərəfindən fərqli ailələrə verildi. Hər biri fərqli sosial-iqtisadi vəziyyətdə olan ailələrə verildi – biri mavi yaxalı işçi ailəsinə, biri orta təbəqəyə, digəri isə varlı bir ailəyə. Bu seçim təsadüfi deyildi. Məşhur psixiatrist Dr. Peter Neubauerin rəhbərlik etdiyi sirli bir təcrübə çərçivəsində həyata keçirilmişdi. Məqsəd “insan davranışlarına genetik faktorlar (təbiət) yoxsa mühitmi daha çox təsir edir?” sualına cavab tapmaq idi.


Ailələrdən gizlədildi, müşahidəçilər şübhə oyatdı

Heç bir ailə uşağın bir-birindən ayrılmış üçəm olduğunu bilmirdi. Ancaq illərlə uşaqları izləməyə gələn “araşdırmaçılar” ailələrdə suallar doğurdu. Lakin övladlığa verilmə mərkəzi bu ziyarətlərin “uşağın inkişafını müşahidə etmək üçün aparılan sadə bir araşdırma” olduğunu deyərək ailələri sakitləşdirmişdi.


19 yaşlarında həqiqəti öyrəndilər

Tamamilə fərqli ailələrdə böyüyən üç qardaş bir-birlərinin varlığından xəbərsiz idilər – 19 yaşlarına qədər. 1980-ci ildə Robert Shafran New York Suny Sullivan kollecində təhsilə başlayanda dostları onu daim Eddy Galland adlı birinə bənzədirdilər. Qısa müddətdə Eddy ilə tanış olan Robert, onunla eynilə oxşar olduqlarını anladı. Hər ikisi eyni tarixdə doğulmuş, eyni mərkəzdən övladlığa verilmişdi. Tezliklə bir yerli qəzetdə “ayrılmış əkizlər” haqda bir məqalə yayımlandı. Bu məqaləni oxuyan David Kellman da bu uşaqlara çox bənzədiyini gördü və araşdırmalar nəticəsində onların əslində üçəm olduqları ortaya çıxdı.


Birlikdə restoran açdılar, amma psixoloji travmalar dərin idi

Üçəmlər yenidən bir araya gəldilər və birlikdə “Üçəm” adlı restoran açdılar. Ancaq keçmişin izləri onları tərk etmədi. Ayrı böyümək, bilinmədən təcrübəyə çevrilmək, onları psixoloji cəhətdən sarsıtdı. Robert restorandan ayrılıb hüquqşünas oldu. Eddy isə yaşadıqlarının ağırlığını daşıya bilmədi və 1995-ci ildə, 33 yaşında intihar etdi. Hazırda Robert Bruklində ailəsi ilə yaşayır. David isə Nyu-Cersidə sığorta şirkətində işləyir.


Təcrübənin nəticələri 2065-ci ilə qədər möhürlənib

Bu qeyri-etik təcrübə 1980-ci ildə başa çatıb, lakin onun dəyəri və nəticələri mübahisəli idi. Dr. Neubauer bütün nəticələri 2065-ci ilə qədər möhürlədiyini açıqlayıb. O, ictimaiyyətin bu etik pozuntuya sərt reaksiya verəcəyindən qorxurdu. Neubauer 2008-ci ildə 94 yaşında dünyasını dəyişdi.


Bənzərliklər və fərqlər

Təcrübənin nəticələri tam olaraq bilinmir, amma üçəmlərin bənzərlikləri diqqət çəkirdi: eyni filmləri sevir, eyni siqareti çəkir və hamısı güləşlə maraqlanırdı. Bununla belə, emosional reaksiyaları fərqli idi. Bu da həm genetik, həm də mühit faktorlarının insan inkişafına təsir etdiyini göstərirdi.

Bu gün həmin təcrübədən geriyə yalnız sağ qalan iki qardaş və cavabsız çoxlu suallar qalıb. Onların həyatları başqalarının elmi məqsədləri uğrunda yönləndirildi. Bəlkə də birlikdə keçirməli olduqları illəri, bir-birlərindən xəbərsiz yaşadılar. Bütün bu yaşananlar psixoloji travmaların səbəbi idimi? Bu suala heç vaxt tam cavab tapmaq mümkün olmayacaq. Amma bir həqiqət var – onlar təcrübə obyekti yox, birbaşa qurban idilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyul 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri