Icma.az
close
up
RU
Ucqar kəndlərdə müəllim çatışmazlığı aradan qalxacaq? TƏHLİL

Ucqar kəndlərdə müəllim çatışmazlığı aradan qalxacaq? TƏHLİL

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gələn ildən gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması üçün onların əməkhaqqına il ərzində təxminən 2 min manat əlavə ediləcək. Bəs bu addım müəllimləri həqiqətən də ucqar kəndlərdə işləməyə həvəsləndirə biləcəkmi? Ümumiyyətlə, ucqar bölgələrdə müəllim çatışmazlığını aradan qaldırmaq üçün başqa hansı tədbirlər görülə bilər?

Təhsil eksperti İlham Əhmədov Metbuat.az-a açıqlamasında bildirib ki, bu, yaxşı qərardır. Çünki ucqar regionlarda, dağ kəndlərində yaşayış şəraiti, sosial-iqtisadi vəziyyət, yol və digər problemlər olduğuna görə müəllimlər ora gedib işləmək istəmirlər:

"Nəticədə həmin bölgələrdə məktəblərdə müəllim çatışmazlığı yaranır, ixtisaslı pedaqoqlar az olur, bəzən isə dərsləri başqa ixtisas üzrə müəllimlər aparır. Buna görə də belə stimullaşdırıcı qərarların qəbul edilməsi müsbət haldır".

Ekspert əvvəllər mövcud olmuş dövlət proqramını xatırladıb:

"Mənim yadıma gəlir, təxminən 15 il əvvəl üçillik dövlət proqramı var idi. Həmin vaxt təyinatla kəndlərə gedən gənclər üçün daha geniş stimullaşdırıcı tədbirlər mövcud idi: kirayə haqqı, yol xərci, kommunal xərclər ödənilirdi və əlavə də müəyyən məbləğ verilirdi. O vaxt bu təxminən 300 manat idi ki, o dövrün məzənnəsinə görə təqribən 400 dollara yaxın edirdi. İndi isə illik 2000 manat verilir, yəni hardasa aylıq 100 dollar qədər. Buna görə də o dövrdə vəziyyət bir qədər daha əlverişli idi, qiymətlər ucuz idi".

İ.Əhmədovun fikrincə, belə təşəbbüsləri daha da artırmaq lazımdır ki, kəndlərə axın olsun:

"Təsəvvür edin, kənddə yeni məktəb tikilir, amma müəllim maaşı az olduğu üçün ora işləməyə gedən yoxdur. Nəticədə tikintiyə ayrılan milyonlarla vəsait mənasız qalır, bəzi hallarda isə belə tikilmiş məktəblər bağlanır və “rasionallaşdırma” adı altında fəaliyyətini dayandırır. Bu məsələlər strateji şəkildə, planlı və proqnozlaşdırılmış formada həll olunmalıdır. Təhsil sahəsində bütün qərarlar təhsilin keyfiyyətinin və inkişafının təmin edilməsinə xidmət etməlidir. Əgər hər şey yalnız pula qənaət prinsipi ilə yanaşılsa, nəticə verməyəcək. Çünki təhsildə qənaət olmamalıdır. Ulu öndər Heydər Əliyev deyirdi ki, “biz haradan olur-olsun, kəsib təhsilə əlavə imkan yaratmalıyıq”. Cənab Prezident İlham Əliyev də qeyd edirdi ki, “əgər biz müharibə şəraitində olmasaydıq, təhsil büdcəsi Azərbaycanda birinci yerdə olardı”. Bu gün təhsil büdcəsi doğrudan da böyükdür, amma onun səmərəsi nə keyfiyyətdə, nə tədqiqatda, nə də müəllimlərin aldığı maaşda hiss olunmur".

Təhsil eksperti Adil Vəliyev də öz açıqlamasında bildirib ki, bu təşəbbüs rayonlarda yerləşən ucqar kənd məktəblərində işləmək istəyən müəllimlər üçün əlavə motivasiya kimi dəyərləndirilə bilər. Onun sözlərinə görə, burada müəyyən əlavələrin edilməsi bu təşəbbüsü daha da səmərəli edə bilər:

"Məsələn, müəllimlərin ən çox qarşılaşdığı problemlərdən biri ev məsələsidir. Çünki ucqar kəndlərdə yerləşən evlərin çoxunda istilik sistemi, su və işıq kimi kommunal problemlər mövcuddur. Eyni zamanda, həmin bölgələrdə nəqliyyat problemi də aktualdır, müəllimlər məktəblərə gedib-gəlməkdə çətinlik çəkirlər. Düşünürəm ki, bu istiqamətdə dövlət və ya Elm və Təhsil Nazirliyi tərəfindən dəstək göstərilərsə, müəllimlər üçün əlavə motivasiya yaranar və ucqar kənd məktəblərinə getmək istəyən müəllimlərin sayı əhəmiyyətli dərəcədə artar. Ümumiyyətlə, ucqar bölgələrdə yerləşən məktəblərdə əsas problemlərdən biri infrastrukturun zəifliyi və çətin yaşayış şəraitidir. Bu da, təbii ki, müəllimlərin həmin yerlərdə işləmək qərarına təsir göstərir".

A.Vəliyev qeyd edib ki, digər vacib məqam ucqar kənd məktəblərinə gedəcək müəllimlərin peşəkar inkişafıdır:

"Bu istiqamətdə müəyyən addımlar atılmalıdır və bu, onlayn formada olsa, daha uğurlu olar. Bundan əlavə, həmin məktəblərdə maddi-texniki bazanın gücləndirilməsi, infrastrukturun yenilənməsi və yeni məktəblərin tikilməsi həm şagirdlər, həm valideynlər, həm də müəllimlər üçün çox faydalı olar. Bu bölgələrə gedəcək müəllimlər üçün müəyyən zaman aralığında xüsusi sosial paketlər və güzəştlər nəzərdə tutulmalıdır. Bu, xüsusilə gənc müəllimlərə həm maddi problemlərini həll etməkdə, həm də sosial rifahlarını yaxşılaşdırmaqda kömək edər".

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə dərc olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Oktyabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri