Üçqat Olimpiya çempionu maşında uşaq dünyaya gətirib
Icma.az, Oxumeni.az saytına istinadən bildirir.
Üzgüçülük üzrə üçqat Olimpiya çempionu Sara Şeström təcili yardım maşınında uşaq dünyaya gətirib. Bu barədə İsveçin “Aftonbladet” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, planlaşdırılan doğuşa bir neçə saat qalmış idmançı Stokholm xəstəxanasında olub və oradan evə göndərilib. Orada sancılar başlayıb, bundan sonra həkimlər ona təcili yardımla doğum şöbəsinə getməyi məsləhət görüblər. Doğuşdan sonra verdiyi müsahibədə Şeström xəstəxanaya gedən yolun ona çox uzun göründüyünü söyləyib.
"Oğlan uşağı qəbul şöbəsinin girişində təcili yardım maşınında anadan olub. Bu həm qorxulu, həm də sehrli idi. Uşaq sağlam doğulub", - üzgüçü deyib.
Şeström 14 qat dünya çempionu və üç qat olimpiya çempionudur. 32 yaşlı idmançı 50, 100 və 200 metr məsafələrə kəpənək və sərbəst üzgüçülük üzrə ixtisaslaşıb.
Almaz Həsənli
Baxış sayı:66
Bu xəbər 28 Avqust 2025 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















