Icma.az
close
up
RU
Üçrəngli Qürur Azərbaycan Bayrağına Ehtiram Günü

Üçrəngli Qürur Azərbaycan Bayrağına Ehtiram Günü

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin deputatı, 

YAP İdarə Heyətinin üzvü, 

filologiya elmləri doktoru

"Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.” – deyirdi Ümummilli Lider Heydər Əliyev. Bu sözlər təkcə bir rəmzin mahiyyətini deyil, bütöv bir millətin azadlıq fəlsəfəsini ifadə edir. Hər il noyabrın 9-da bu müqəddəs rəmz qarşısında baş əyir, üçrəngli bayrağımızın dalğalandığı səmanın mavi təravətində tariximizi, qırmızı alovunda azadlıq uğrunda mübarizəmizi, yaşıl parlaqlığında isə milli-mənəvi dəyərlərimizi görürük.

Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabrın 9-u Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu günün dövlət səviyyəsində bayram elan edilməsi xalqımızın öz rəmzinə, milli kimliyinə və dövlətçiliyinə olan dərin ehtiramının göstəricisidir.

Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin parlaq səhifələrindən başlanır. 1918-ci il noyabrın 9-da Bakıda keçirilən hökumət iclasında təsdiqlənən bu bayraq, cəmi 23 ay yaşamasına baxmayaraq, bütöv bir xalqın milli ruhunu, istiqlal idealını və gələcək azadlığının bünövrəsini qoydu. Mavi – türk kimliyimizi, qırmızı – müasir dünyaya açılan qapımızı, yaşıl isə – İslam mədəniyyətinə, mənəviyyatımıza sadiqliyimizi ifadə etdi. Bu üç rəngin müəllifi olan böyük mütəfəkkir Əli bəy Hüseynzadə, sanki xalqın gələcək yol xəritəsini müəyyənləşdirmişdi: "Türkləşmək, islamlaşmaq, müasirləşmək.”

Tarix bəzən rəmzləri sınağa çəkir. 1920-ci ilin aprelində sovet imperiyasının işğalı nəticəsində üçrəngli bayraq endirildi. Amma o, xalqın qəlbindən heç vaxt enmədi. Aradan 70 il keçdikdən sonra bu müqəddəs simvolu yenidən göylərə qaldıran şəxs məhz xalqımızın xilaskarı, Ümummilli Lider Heydər Əliyev oldu. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi o, Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi üçrəngli bayrağı Naxçıvanın dövlət rəmzi elan etdi. O gün Naxçıvanda ucaldılan bayraq əslində Azərbaycanın gələcək istiqlalının müjdəçisi idi. Azərbaycanın böyük oğlu Məmməd Əmin Rəsulzadənin dediyi kimi, bir kərə yüksələn bayraq bir daha enmədən yenidən yüksəldi.

Heydər Əliyev bu hadisəni belə xatırlayırdı: "Biz 1918-ci ildə qəbul olunmuş milli bayrağı Naxçıvan Ali Sovetinin sessiyasında qaldırdıq. Qərar verdik ki, bu bayraq Naxçıvanın milli bayrağı olsun. O bayraq o gündən başımızın üstündə dalğalanır.” Bu qərar Azərbaycan tarixində dönüş nöqtəsi oldu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti də bu bayrağı rəsmi dövlət atributu kimi qəbul etdi və o gündən etibarən üçrəngli bayraq bütün ölkənin üzərində ucaldı.

1991-ci il oktyabrın 18-də qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət rəmzləri – o cümlədən üçrəngli bayraq – yenidən bərpa edildi. Artıq bu bayraq yalnız bir dövlət simvolu deyil, azadlıq və milli qürurun ifadəsi idi.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Dövlət Bayrağı eni bərabər üç üfüqi zolaqdan ibarətdir: mavi, qırmızı və yaşıl. Qırmızı zolağın ortasındakı ağ aypara və səkkizguşəli ulduz türk mənşəyimizi və milli birliyimizi təcəssüm etdirir. Bu bayraq müstəqil Azərbaycanın göylərində dalğalanmaqla xalqın iradəsinin, dövlətin əbədiliyinin, milli birliyin rəmzinə çevrilib.

Prezident İlham Əliyevin 17 noyabr 2007-ci il tarixli Sərəncamı ilə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması üçrəngli rəmzimizin müqəddəsliyini əbədiləşdirdi. 2010-cu ildə istifadəyə verilən bu meydan bu gün Azərbaycanın qürur məkanı, milli birliyimizin, dövlətçilik ideologiyasının simvolu kimi tanınır. Meydanda fəaliyyət göstərən Dövlət Bayrağı Muzeyi Azərbaycan dövlətçiliyinin yüzillik tarixini əyani şəkildə nümayiş etdirir.

2024-cü ilin noyabrında yenidən açılan Dövlət Bayrağı Meydanında bu gün dünyanın ən böyük bayrağı dalğalanır. Burada yaradılan "Zəfər qalereyası” 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbəni, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda ucaldılan bayraqların əzəmətini əks etdirir.

Vaxtilə Ümummili lider Heydər Əliyev demişdi: "Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun. Bu bayraq tək rəsmi yerlərdə yox, hər bir ailənin həyatının əziz bir hissəsi olmalıdır.” Bu, sadəcə bir tövsiyə deyil, milli kimliyimizi yaşadan bir vəsiyyət idi. Azərbaycan Konstitusiyasının 75-ci maddəsi də bu mənəvi dəyərləri hüquqi norma səviyyəsinə yüksəldir — hər bir vətəndaş dövlət rəmzlərinə hörmət etməlidir.

44 günlük Vətən müharibəsindən sonra üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalananda xalqın yüzillik arzusu gerçəkləşdi. O bayraq Şuşada, Xankəndidə, Laçında, Füzulidə, Cəbrayılda qaldırılarkən, minlərlə şəhidin ruhu rahatlıq tapdı. Bayraq artıq yalnız dövlətin deyil, həm də Qələbənin, dirçəlişin, milli qürurun rəmzidir. Prezident İlham Əliyevin sözləri ilə desək: "Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. O, canımızdır, ürəyimizdir.”

Bu gün üçrəngli bayraq Azərbaycan xalqının birliyinin, azərbaycançılıq ideologiyasının, müstəqil dövlətimizin əbədi simvoludur. Hər bir azərbaycanlı bu bayrağın altında həm tarixini, həm kimliyini, həm də gələcəyini görür. 

Heydər Əliyev demişdi: "Kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.”

Azərbaycanın müstəqilliyinin, xalqımızın azadlıq eşqinin və milli həmrəyliyinin bu rəmzi əbədi olaraq göylərdə dalğalanacaq. Çünki bu bayraq yalnız parça deyil – bu, bir xalqın keçmişi, bu günü və gələcəyi, bir millətin vüqarı, azad nəfəsi, sonsuz inamıdır. 9 noyabrda dalğalanan üçrəngli bayrağımız hər bir azərbaycanlının qəlbində elə bir ucalığa yüksəlir ki, o ucalıqdan yalnız azadlıq görünür.

Elnarə Akimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri