Icma.az
close
up
RU
Üçtərəfli Bəyannamə: “Azərbaycanın hərbi qələbəsinə bərabər...”

Üçtərəfli Bəyannamə: “Azərbaycanın hərbi qələbəsinə bərabər...”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Vaşinqtonda imzalanmış üçtərəfli Bəyannamə sözün tam mənasında tarixi bir sənəddir. Bu sənəd mahiyyət etibarilə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi hərbi qələbəsini geosiyasi, beynəlxalq hüquqi və diplomatik müstəvidə tam rəsmiləşdirdi”. 

Bu sözləri politoloq Qulamhüseyn Əlibəyli “Cebheinfo.az”-a açıqlamasında deyib.

O qeyd edib ki, bəyannamədə nəzərdə tutulan müddəaları bir neçə istiqamətdə qruplaşdırmaq olar:

"Birincisi, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması. Sülh sazişinin layihəsi çoxdan hazır olsa da, Ermənistan müxtəlif bəhanələrlə sazişi imzalamaqdan faktiki imtina edirdi. Lakin sazişin mətnini paraflamaqla sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsi, yəni sazişin imzalanmasına mane ola biləcək halların aradan qaldırılması öhdəliyini götürdü.

İkincisi, Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığının bir daha beynəlxalq müstəvidə təsbiti. Sənəddə BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi prinsipinə istinad bunu bir daha təsdiq edir.

Üçüncüsü, Azərbaycanla Ermənistan arasında post-münaqişə dovründə münasibətlərin əsas prinsiplərinin müəyyən edilməsi. Ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi prinsipinə istinad Ermənistanda gələcək revanşizm cəhdlərinə qarşı hüquqi baza yaradılmasına xidmət edir.

Dördüncüsü, adı dəyişdirilsə də, Zəngəzur dəhlizinin açılması. Bu, dəhlizin açılmaması üçün Ermənistanın müxtəlif bəhanələr uydurmasının qarşısını alır. Şübhəsiz ki, dəhlizin açılması Azərbaycanın və bütövlükdə Türk dünyasının nəqliyyat, logistika və təhlükəsizlik sistemlərinə strateji təsir göstərəcək, eyni zamanda Ermənistanın kommunikasiya imkanlarını genişləndirəcək və regionda bütün tərəflər üçün faydalı ola biləcək yeni əməkdaşlıq modelinin formalaşmasına gətirib çıxaracaq.

Beşincisi, ATƏT-in Minsk qrupunun ləğvi. ATƏT-in Minsk qrupunun və onun strukturlarının ləğvi münaqişəni gələcək üçün "dondurmaq" funksiyasını yerinə yetirən mexanizminin saxlanmasının təhlükəli ola biləcəyini göstərir və Azərbaycanın qələbəsini vasitəçilik predmeti olmaqdan çıxarır.

Bütövlükdə bu bəyannamə Azərbaycanın və onun müttəfiqlərinin regionda yaratdığı geosiyasi reallıqların beynəlxalq miqyasda etirafı, Cənubi Qafqazda uzunmüddətli, əbədi sülhə gedən yolda mühüm addım kimi qiymətləndirilməlidir və regional sabitlik və davamlı sülh üçün geniş perspektivlər açır. Azərbaycanın hərbi qələbəsinə bərabər geosiyasi və diplomatik qələbədir.

Vətən müharibəsindəki hərbi strategiya və taktikamız hərb dərsliklərinə düşdüyü kimi bu qələbəmiz və ona gətirib çıxaran siyasi strategiya və taktikamız da diplomatiya və politologiya dərsliklərinə düşə bilən qələbədir.

Əlbəttə, Ermənistan cəmiyyətində revanşizm əhvalının güclü olduğunu, Rusiya və İran kimi qonşu dövlətlərin mövqeyini nəzərə alaraq bəyannamənin müddəalarının həyata keçirilməsində müəyyən risklərin olduğu da qeyd edilməlidir. Lakin bu risklər sənədin əhəmiyyətinə təsir göstərə bilməz.

Azərbaycan xalqına, dövlətimizin başçısı Cənab İlham Əliyevə diplomatiyamıza haqq etdikləri növbəti qələbə münasibətilə Təbriklər düşür".

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Avqust 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri