Icma.az
close
up
RU
Üçtərəfli görüşdən sonra sülhün mümkünlüyü isə sual altındadır Politoloq

Üçtərəfli görüşdən sonra sülhün mümkünlüyü isə sual altındadır Politoloq

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiyadan olan həmkarları Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşdə ərazi məsələlərini müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Üçtərəfli görüş baş tutduqdan sonra sülhə nail olunacaq?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Həşim Səhrablı bildirdi ki, Alyaskada keçirilən görüş göstərdi ki, Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə səmimi ünsiyyət quraraq əslində onu diplomatik tələyə salmağa çalışıb:

"Həmin görüşdə Ukraynanın işğal edilməmiş ərazilərinin belə Rusiyaya verilməsi, əvəzində sanksiyaların aradan qaldırılması, Rusiya neft-qazının Avropaya daşınması və ümumən Moskva ilə münasibətlərin bərpası müzakirə olunurdu. Hətta Ukrayna məsələsində Rusiyanın maraqlarının nəzərə alınması kimi mövzular da gündəmdə idi. Vaşinqton görüşündə isə tamam başqa mövqelər ortaya çıxdı. Ukrayna ordusunun zəiflədilməsi və ya ərazi güzəştləri tələbi irəli sürülmədi. Tramp açıq şəkildə bildirdi ki, bu, yalnız Ukraynanın qərar verəcəyi məsələdir və Zelenski ilə Putinin ikili danışıqlarına saxlanılıb. Beləliklə, Ukraynaya təzyiq göstərilmədi. Halbuki Alyaska görüşündən sonra dünya ictimaiyyəti ehtimal edirdi ki, Tramp Zelenskiyə Oval ofisdə təzyiq edə bilər. Amma bu baş vermədi.

Avropa liderlərinin Vaşinqtonda Zelenskini dəstəkləməsi bir daha göstərdi ki, köhnə qitə ABŞ-yə xatırladır: əgər Vaşinqton qlobal güc statusunu qorumaq və Çinə, Rusiyaya qarşı mövqelərini saxlamaq istəyirsə, müttəfiqləri ilə birlikdə hərəkət etməlidir. ABŞ da Avropanı itirməmək üçün mövqeyini müəyyən qədər dəyişmiş görünür. Beləliklə, görüş Ukrayna üçün itən ümidləri yeniləri ilə əvəz etdi. İndi ərazi məsələsi birbaşa Zelenskinin üzərindədir. O, Putinlə görüşdə hansı şərtlərin məqbul olduğunu düzgün ifadə etməli və qarşı tərəfi razı salmalıdır. Strateji baxımdan Rusiya artıq uduzmuş görünür. Hərbi müstəvidə üstünlük Moskvanın tərəfində olsa da, beynəlxalq və siyasi baxımdan vəziyyət fərqlidir".

Müsahibimizin sözləriinə görə, Tramp hakimiyyətə gələndən sonra Ukraynaya silah və texniki yardımda müəyyən boşluqlar yaransa da, Avropanın dəstəyi və Ukraynanın öz potensialı hesabına müqavimət davam edir:

"Rusiya uzunmüddətli müharibədə Ukraynanın tükənəcəyini gözləyirdi, amma həmrəylik bu proqnozu pozdu. Əgər Avropa dəstəyi dayandırmasa və Tramp Ukraynaya yardımı artırsa, döyüş meydanı da Moskvanın əleyhinə çevrilə bilər. Tramp müharibənin uzanmasında maraqlı deyil, buna görə də Putini xoş sözlərlə inandırmağa çalışır, yəni müharibəni bitir, daxili auditoriyaya qalib kimi qayıt, amma eyni zamanda ABŞ-nin şərtlərini qəbul et. Bu halda istənilən nəticədə qalib tərəf Amerika sayıla bilər. Üçtərəfli görüşdən sonra sülhün mümkünlüyü isə sual altındadır. Çox güman, Avropa liderləri razılıq versələr də, Zelenski ilə Putin danışıqlarında kompromis alınmayacaq. Çünki Rusiya yenə tərksilah və ərazilərin tanınması kimi maksimalist tələblər irəli sürəcək, Ukrayna isə Krım da daxil olmaqla işğalın sonunu istəyəcək. Beləliklə, ya danışıqlar dalana dirənəcək, ya da müvəqqəti atəşkəs əldə olunacaq. Bu isə əsl sülh deyil və gələcəkdə daha böyük müharibənin əsasını qoya bilər".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Avqust 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri