Icma.az
close
up
RU
“Üçtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi vacibdir” DEPUTAT

“Üçtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi vacibdir” DEPUTAT

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Cənubi Qafqaz beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm regiona çevrilib. Regionda təhlükəsizliyin təmin edilməsi, regional sabitliyin gücləndirilməsi, strateji enerji və nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin qorunması, eləcə də kənar hərbi təhdidlərin, terrorizmin və sərhədyanı cinayətkarlığın qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.

Onun sözlərinə görə, bu baxımdan Azərbaycan–Gürcüstan–Türkiyə formatında hərbi və təhlükəsizlik əməkdaşlığının daha da genişləndirilməsi zəruridir:

"Türkiyə Ordusunun NATO standartlarına uyğunluğu, Azərbaycan Ordusunun öz döyüş qabiliyyətini real döyüş meydanında təsdiq etməsi və Gürcüstan Ordusunun müasir standartlara uyğunlaşdırılması istiqamətində aparılan proseslər üç ölkə arasında hərbi əməkdaşlığın inkişafı üçün mühüm imkanlar yaradır.

Bu istiqamətdə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsinin artırılması və təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, ərazilərimizdən keçən beynəlxalq nəqliyyat dəhlizləri və enerji ixrac xətləri regionda davamlı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini zəruri edir.

Bu baxımdan Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi yalnız mümkün yeni təhdidlərin qarşısının alınmasına deyil, həm də strateji kommunikasiyaların təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Üçtərəfli əməkdaşlığın daha da gücləndirilməsi nəticəsində Cənubi Qafqazın daha təhlükəsiz, sabit və etibarlı məkana çevrilməsinə mühüm töhfə vermək mümkündür".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Avqust 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri