Üçüncü dəfə prezident olmaq istəyir “Hüququm var”
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“Düşünürəm ki, yenidən namizəd olmaq hüququm var, çünki onlar seçkilərdə saxtakarlıq etmişdilər”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ayova ştatında keçirilən Respublikaçıların ara seçki mitinqində çıxışı zamanı deyib.
O,2020-ci ildə Co Baydenə məğlub olduğu prezident seçkilərinin saxtalaşdırıldığını iddia edərək namizədliyini irəli sürmək hüququna malik olduğunu bildirib.
Bununla belə, Tramp qanunvericiliyin yenidən namizəd olmasına mane ola biləcəyini də etiraf edib.
Qeyd edək ki, ABŞ Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci düzəlişə əsasən, bir şəxs prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Trampın hazırkı prezidentlik müddəti 2029-cu ilin yanvarında başa çatmalıdır.
Xatırladaq ki, Tramp 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisi məğlub edərək ikinci dəfə prezident seçilib. O, bundan əvvəl 2017-2021-ci illərdə də ABŞ prezidenti olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 23 Oktyabr 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















