Icma.az
close
up
RU
Üçüncü Dünya müharibəsində təhlükə altında qalacaq 6 ölkə Biri qonşumuzdur

Üçüncü Dünya müharibəsində təhlükə altında qalacaq 6 ölkə Biri qonşumuzdur

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Üçüncü Dünya müharibəsi zamanı ən böyük risk altında ola biləcək ölkələrin siyahısı açıqlanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin qiymətləndirməsinə əsasən, ABŞ, Rusiya, İsrail, İran, Şimali Koreya və Tayvan hərbi əməliyyatların əsas hədəflərinə çevrilə biləcək ərazilər sırasındadır.

ABŞ

Mütəxəssislərin fikrincə, ABŞ qlobal miqyaslı hərbi qarşıdurma baş verərsə, böyük ehtimalla münaqişəyə cəlb olunacaq. Bu səbəbdən ölkə potensial hədəf hesab edilir. Bununla yanaşı, təhlükə səviyyəsinin ölkənin müxtəlif bölgələrində fərqli ola biləcəyi vurğulanır.

İran

İranın da yüksək risk qrupunda olduğu qeyd edilir. Yaxın Şərqdə davam edən gərginlik və İranın regional proseslərdəki rolu ölkəni mümkün hərbi əməliyyatların mərkəzlərindən birinə çevirə bilər.

İsrail

Yaxın Şərqdəki vəziyyət səbəbindən İsrail də yüksək risk daşıyan ölkələr arasında göstərilir. Ölkə inkişaf etmiş hava hücumundan müdafiə sistemlərinə malik olsa da, raket hücumları təhlükəsi qalmaqdadır.

Rusiya

Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi daha genişmiqyaslı eskalasiya riski yaradır. Münaqişənin NATO ilə birbaşa qarşıdurmaya çevrilməsi halında daha çox ölkə hərbi əməliyyatlara cəlb oluna bilər.

Şimali Koreya

Ekspertlər hesab edirlər ki, Şimali Koreyanın Cənubi Koreya ilə davam edən qarşıdurması, həmçinin Rusiya və Çinlə yaxın münasibətləri onu da potensial hədəflərdən birinə çevirə bilər.

Tayvan

Siyahıda Tayvanın da yer almasının əsas səbəbi Çinlə uzun illərdir davam edən gərginlikdir. Məqalədə qeyd olunur ki, Pekinin ada ilə bağlı mövqeyi gələcəkdə hərbi qarşıdurma riskini artıran amillərdən biri hesab edilir.

Ən təhlükəsiz ölkə kimi İsveçrə göstərilir

Genişmiqyaslı müharibə zamanı ən təhlükəsiz ölkələrdən biri İsveçrə ola bilər. Buna səbəb ölkənin dağlıq relyefi, uzunmüddətli neytrallıq siyasəti və Alp dağlarının dərinliklərində yerləşən çoxsaylı mühafizə sığınacaqları göstərilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 İyul 2026 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri