Icma.az
close
up
RU
Üçüncü Dünya müharibəsinin ehtimal edilən cəbhə xəttinin xəritəsi yayıldı

Üçüncü Dünya müharibəsinin ehtimal edilən cəbhə xəttinin xəritəsi yayıldı

Icma.az bildirir, Lent az portalına istinadən.

İnternetdə Rusiyanın Avropaya genişmiqyaslı işğalı başlayarsa, Üçüncü Dünya Müharibəsinin mümkün cəbhələrinin xəritəsi ortaya çıxıb.

Lent.az-ın “Newsweek”ə istinadla xəbərinə görə, ekspertlər və hərbi analitiklər hesab edirlər ki, Rusiya prezidenti Vladimir Putinin planları Ukraynadan çox da kənara çıxa bilər. NATO ölkələrinə qarşı yönəlmiş bu cür təcavüz faktiki olaraq qlobal münaqişənin başlanmasına gətirib çıxaracaq.

Ehtimal olunur ki, cəbhə xətti Ukraynanın şərq regionlarından 2023-cü ildə NATO-ya daxil olan Finlandiya sərhədinə qədər uzana bilər. Avropalı siyasətçilər xəbərdarlıq edirlər ki, Moskva öz təcavüzünü bütün qitədə yaya bilər. Xüsusilə Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiyanın alyans ölkələrindən birinə hücumunun mümkünlüyünü istisna etməyib.

O, həmçinin vurğulayıb ki, Avropa ölkələri 2029-cu ilə qədər Rusiya ilə mümkün müharibəyə hazır olmalıdır. Almaniya xarici kəşfiyyatının rəhbəri Bruno Kalya da Qərblə mümkün müharibədən narahatdır: o, hesab edir ki, Moskva belə bir ssenariyə fəal şəkildə hazırlaşır.

Baltikyanı region və Skandinaviya ölkələrində Rusiyanın təcavüzü təhlükəsi xüsusilə ciddi qəbul edilir. İsveçin müdafiə naziri Karl-Oskar Bolin bildirib ki, ölkəsi mümkün silahlı münaqişəyə hazır olmalıdır. Oxşar fikri İsveç Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mikael Byuden də bölüşür və müharibəyə mənəvi hazırlığın vacibliyini vurğulayır.

Potensial münaqişənin əsas istiqamətlərindən biri Finlandiya ilə 1300 kilometrlik sərhədi əhatə edən NATO-nun şimal-şərq cinahıdır. Finlandiya tərəfi artıq Rusiyanı sərhəddə hibrid təcavüzün tərkib hissəsi kimi istifadə edilə bilən miqrasiya böhranı yaratmaqda ittiham edib. General-leytenant Yurqen-Yoahim fon Zandrart qeyd edib ki, Moskvanın NATO birliyini yoxlamaq üçün bir çox yolları var, o cümlədən məhdud ərazi işğalı.

Ekspertlər əhalinin əhəmiyyətli hissəsinin rus köklərinə malik olduğu Baltikyanı ölkələrə xüsusi diqqət yetirirlər. Qərb analitiklərinin fikrincə, bu, xüsusilə NATO-nun qarşısını almaq qabiliyyətinin “sınağı” kontekstində Rusiyanın müdaxiləsi üçün bəhanə ola bilər. Estoniya hesab edir ki, Moskva öz silahlı qüvvələrinin islahatlarını başa çatdırarsa, Alyans sovet tipli ordu ilə qarşılaşmalı olacaq.

Eyni dərəcədə vacib strateji obyekt Rusiyanın Kalininqrad vilayətini Belarusdan ayıran Suvalki dəhlizidir. Bu ərazi Moskvanın NATO ölkələrinə hücumunun ilk istiqaməti ola bilər. Kalininqrad artıq minlərlə əsgərin, müasir texnikanın və nüvə silahının yerləşdiyi Rusiyanın ən hərbiləşdirilmiş bölgələrindən biridir.

Qonşu Litva əlavə ehtiyat tədbirləri görür. Kalininqradla sərhəddə “əjdaha dişləri” kimi tanınan tank əleyhinə maneələr quraşdırılıb. Onlar Rusiyanın mümkün hücumunun qarşısını almaq üçün nəzərdə tutulub və NATO-nun müdafiə mövqeyinin mühüm hissəsinə çevrilə bilər.

Beləliklə, Avropa müdafiə xətlərini gücləndirməklə və Alyans çərçivəsində əməkdaşlığı gücləndirməklə Rusiya təcavüzünün mümkün genişlənməsinə hazırlaşmağa davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Dekabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri