Icma.az
close
up
RU
Üçüncü raund: hədəflər, gözləntilər

Üçüncü raund: hədəflər, gözləntilər

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kiyev liderlərin görüşünü təklif edir, Moskva lüzum görmür 

Türkiyə növbəti dəfə Ukrayna ilə Rusiya arasındakı danışıqlara ev sahibliyi edib. Belə ki, iyulun 23-də İstanbul şəhərində tərəflər arasında danışıqların  üçüncü raundu baş tutub. Xatırladaq ki, Rusiya və Ukrayna heyətləri arasındakı ilk birbaşa görüş Prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçilik təşəbbüsü nəticəsində 2022-ci il martın 29-da İstanbulda keçirilmişdi. Bu görüşdə mühüm irəliləyiş əldə olunsa da, bəzi Qərb dövlətlərinin müdaxiləsi nəticəsində proses tam başa çatdırılmamışdı. Tərəflər 3 il aradan sonra ilk dəfə yenidən İstanbulda masa arxasına oturublar. Türkiyənin ev sahibliyində yenidən başlayan danışıqlarda qarşılıqlı 1000 əsir mübadiləsi, atəşkəs və sülhün təmin edilməsi üçün şərtlərin paylaşılması mövzusunda razılıq əldə olunub. Humanitar baxımdan da əhəmiyyətli addımların atıldığı bu görüşlərdən sonra Moskva ilə Kiyev arasında hərbi əsirlərin dəyişdirilməsi prosesi baş tutdu.

Türkiyənin vasitəçiliyi sülhə xidmət edir

İkinci dəfə bir araya gələn Rusiya-Ukrayna heyətləri birbaşa danışıqlardan əvvəl və danışıqlar zamanı bir-birlərinə atəşkəs, eləcə də sülhün təmin edilməsi ilə bağlı hazırladıqları memorandum layihələrini təqdim ediblər və üzərində iş aparılması barədə razılığa gəliblər. Müharibənin başlanğıcından bəri ən genişmiqyaslı əsir mübadiləsi məsələsində razılığa gələn tərəflər ağır yaralı və xəstə əsgərlərlə yanaşı, 25 yaşdan aşağı olan bütün əsir əsgərlərin dəyişdirilməsi barədə qərar veriblər. Rusiya tərəfi 6000 ukraynalı əsgərin cəsədini təhvil verməyə söz verib. Əlavə olaraq, cəbhənin bəzi hissələrində əsgər cəsədlərinin toplanması üçün 2-3 günlük atəşkəslə bağlı iş aparılması gündəmə gəlib. Əldə edilən razılaşmalar çərçivəsində, dəqiq sayı açıqlanmasa da, minlərlə əsir dəyişdirilib. Rusiya indiyədək 7000 ukraynalı əsgərin cənazəsini Kiyevə təhvil verib və əlavə olaraq 3000 cənazənin də təhvil verilə biləcəyini açıqlayıb. Onlardan 1000-i qısa müddət əvvəl qaytarılıb.

Nəhayət, iyulun 23-də  iki ölkə arasında növbəti danışıqlar masası yenidən İstanbulda qurulub. Rəsmi Moskva bu ayın əvvəlindən üçüncü raund danışıqlara hazır olduğunu, İstanbulun platforma olaraq qalacağını və Kiyevdən tarix gözlədiklərini bildirmişdi. Ukrayna tərəfi isə iyulun 19-da verdiyi açıqlama ilə danışıqların bu həftə İstanbulda keçirilməsini təklif etdiyini demişdi.

Missiya davam edəcək

İstanbulun Çırağan Sarayında aparılan danışıqlarda tərəflərin qarşılıqlı təqdim etdiyi atəşkəs və sülhə dair şərtləri əhatə edən memorandum layihəsi diqqət mərkəzində olub. Eləcə də hərbi əsirlərin dəyişdirilməsi, Rusiyada olduğu bildirilən ukraynalı uşaqlar, eləcə də Rusiya və Ukrayna prezidentləri arasında mümkün görüşün hazırlıq məsələləri müzakirə olunub.

Danışıqların üçüncü raundu Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə baş tutub. O bildirib ki, Türkiyə ilk gündən Rusiya-Ukrayna münaqişəsinin həlli üçün səylər göstərir: “Biz vasitəçi olaraq öz missiyamızı yerinə yetirməyə davam edəcəyik. Bu proses yalnız hər yeni addımda əldə edilən nəticələr əsasında müsbət irəliləyiş olarsa, əhəmiyyət kəsb edir”. “Danışıqların iki raundu ərzində mühüm nəticələr əldə etdik. Biz şadıq ki, indiyədək əldə olunmuş əsir mübadiləsinin nəticələri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymət alıb. Danışıqların ikinci raundu zamanı tərəflərin atəşkəs və sülh məsələləri ilə bağlı mövqelərini əks etdirən memorandumların mübadiləsi mühüm hadisədir”, - deyə H.Fidan vurğulayıb. Onun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçi kimi missiyasını davam etdirəcək.

Görüşdən sonra hər iki heyət mətbuata açıqlama verib. Ukrayna heyəti açıqlamasında onlar üçün prioritetin liderlər arasında görüş olduğunu bildirib. ABŞ və Türkiyə prezidentlərinin bu görüşdə iştirakının son dərəcə dəyərli olacağı vurğulanıb.

Toplantıda üç ildən artıq müddətdə əsir saxlanılan şəxslərin azad edilməsi tələbi qəbul olunub. Ukrayna tərəfi bildirib ki, diplomatiyanı sülhün yeganə yolu olaraq görür. Bunun üçün hücumların tamamilə dayandırılması vacibdir. Sülh danışıqlarına göstərilən dəstək üçün Türkiyəyə minnətdarlıq ifadə edilib. Rusiya tərəfinin də konstruktiv və real yanaşma sərgiləməsi vacib hesab olunub. Əhatəli və qeyd-şərtsiz atəşkəs diplomatiyanın əsası kimi qiymətləndirilib.

Hərbi əsirlər azad ediləcək

Rusiya tərəfi isə açıqlamasında ən qısa zamanda azı 1200 əsir hərbçinin qarşılıqlı olaraq dəyişdirilməsi barədə razılıq əldə olunduğunu bildirib. Qeyd edilib ki, görüşdə döyüşlər nəticəsində evlərini tərk edən mülki şəxslərin mübadiləsi məsələsi də müzakirə edilib. Rusiya, Ukrayna tərəfinə həlak olmuş şəxslərin meyitlərini toplamaq üçün ön cəbhədə qısamüddətli atəşkəs təklif edib. Ukrayna tərəfi isə Putin və Zelenski arasında avqust ayının sonuna qədər keçirilməsini istəyib. Rusiya nümayəndə heyəti bunun üçün ilk növbədə müəyyən razılığın əldə olunmasının vacibliyini vurğulayaraq, əks təqdirdə görüşün heç bir əhəmiyyətinin olmayacağını bəyan edib.

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib ki, nümayəndə heyətləri memorandumları uzun müddət müzakirə ediblər, amma tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır: “Rusiya hesab edir ki, sazişlərin 101 bəndi tam yerinə yetirilməyib. Bu da onu göstərir ki, tərəflərin memorandumlardakı mövqeləri bir-birindən xeyli uzaqdır”. Onun sözlərinə görə, Ukrayna ilə danışıqların əvvəlki raundunda humanitar məsələlər üzrə bütün razılaşmalar yerinə yetirilib. Tərəflər memorandumları müzakirə etmək üçün təmasları davam etdirəcəklər.

Beləliklə, tərəflərin üçüncü görüşündə ciddi nəticələrə nail olunmayıb. Lakin hərbi əsirlərin bir hissəsinin qarşılıqlı olaraq azad edilməsi danışıqların müsbət göstəricisidir. Növbəti mərhələlərdə razılaşmaların sayının artacağı istisna deyil.

N.BAYRAMLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyul 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see257

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see198

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see141

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see141

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see140

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri