Icma.az
close
up
RU
Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 8 iyun, AZƏRTAC

Dünya bazarında neftin qiyməti əksər hallarda geosiyasi mübarizədən asılı olub. Lakin bu mübarizə birbaşa neftə deyil, bazarın tələb və təklif prinsipinin uyğunluğuna təsir göstərib.

AZƏRTAC xəbər verir ki, 1970-ci illərin sonunda Sovet İttifaqının Əfqanıstana müdaxiləsinin qarşısını almaq üçün ABŞ Yaxın Şərqdəki neft hasilatçıları olan müttəfiqləri ilə danışıqlardan sonra bazara ucuz neft ixrac edildi ki, bu da təklifin artması və qiymətlərin kəskin şəkildə aşağı düşməsi ilə nəticələndi.

Həmin vaxt dünya bazarının 35 faizini neft ilə təmin edən SSRİ iqtisadiyyatı ciddi böhran keçirməyə başladı. 10 il müddətində neftin qiymətinin azalması tendensiyası davam etdi. Bazara o qədər neft ixrac edilirdi ki, 1980-ci illərin sonunda dünya bazarında 1 barel neftin qiyməti 8 dollara satılırdı. Bunun nəticəsində SSRİ nəinki Əfqanıstanı tərk etmək məcburiyyətində qaldı, az keçmədi ki, ittifaq dünyanın siyasi xəritəsindən silinərək tarixin arxivinə qovuşdu.

Adekvat siyasət bu gün də yürüdülür və neft amili ilə geosiyasi mübarizə davam etdirilir. Lakin bu dəfə hədəf İran, mübarizə vasitəsi isə nəqliyyat yollarının kəsilməsidir. Bu gün Hörmüz boğazının bağlanması dünya bazarının neft ilə təchizatında böyük problemlər yaradıb. Bir tərəfdən təchizatın, digər tərəfdən isə hasilatçı ölkələrin hərbi əməliyyatlar zamanı neft infrastrukturunun dağıdılması qiymətlərə təsirsiz ötüşməyib. Artıq 4-cü aydır ki, davam edən bu mübarizə bazarı elə həssas vəziyyətə gətirib ki, bəyan edilən hər bir siyasi addım, rəsmi şəxslərin hər bir sözü qiymətlərə birbaşa təsir edir. Əlbəttə ki, burada treyderlərin daha çox qazanc əldə etmək istəyi, həyata keçirdikləri ticarət manipulyasiyaları da var. Lakin bu manipulyasiyaya şərait yaradan qeyd etdiyimiz geosiyasi mübarizədir.

İran ilə ABŞ arasında gah Pakistan, gah da Qətər vasitəsilə aparılan danışıqlar bazarda nisbi sakitlik yaratmışdı. Qiymətlərin enmə tendensiyası olmasa da, artım da müşahidə edilmirdi. “Brent” markalı neftin bir barelinin qiyməti 92-95 dollar ətrafında cərəyan edirdi. Lakin dünən ABŞ Prezidenti Donald Trampın NBC telekanalına verdiyi müsahibədə yerüstü hərbi əməliyyatların baş verə biləcəyini istisna etməməsi və “biz İranın zənginləşdirilmiş uranının ardınca gedəcəyik. Əldə edə bilməsək daha əhatəli hərbi əməliyyatlar keçirəcəyik” - deməsi bazara təsirini göstərdi.

D.Trampın müsahibəsindən sonra London birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 4,41 dollar artaraq 97,5 dollar olub. Nyu-Yorkun NYMEX birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 4,06 dollar artaraq 94,6 dollar təşkil edib. “Brent”in qiyməti birdən-birə 4,57, “Light”ın qiyməti isə 4,45 faiz artıb.

Rusiyanın maliyyə naziri Anton Sulianov bunu “qiymət artımında yeni mərhələ” adlandıraraq bildirib ki, büdcəyə 20 trilyon rubl əlavə gəlir gələcək və bəzi dövlət proqramlarını maliyyələşdirmək mümkün olacaq. Lakin neftin qiymətinin artması ilə yanaşı idxal malları, nəqliyyat xərcləri, eyni zamanda, inflyasiya da artır ki, bu da gəlirləri aşağı salır.

Sinqapurun “ING Groep NV” investisiya şirkətinin analitiki Uorren Pattrson bildirib ki, İran ilə ABŞ arasında hər hansı razılaşmanın olmaması neftin qiymətinin artım riskini qüvvədə saxlayır. Qarşıdan gələn 3-cü rübdə qiymətlərin daha da artacağını gözləmək olar. Çünki 3-cü rüb elə bir dövrdür ki, bu dövrdə neftə daha çox ehtiyac yaranır. Bu rübdə kənd təsərrüfatında işlər intensivləşir. Yayda məhsul yığımı və nəqli, payızda isə əkin sahələrinin işlənməsi yanacağa ehtiyacı artırır. Buna görə də yaxın aylarda neftin qiymətinin aşağı düşəcəyini gözləmək əbəsdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyun 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri