Üçüncü tərəflər münasibətlərimizə mənfi təsir göstərməməlidir ƏRAQÇİ
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran və Azərbaycan ortaq, təhlükəsiz və qarşılıqlı hörmətə əsaslanan gələcək qurmaq əzmindədir.
Modern.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi Bakıda keçirilən yüksək səviyyəli görüşlərdən sonra bildirib.
"Mehr" informasiya agentliyi dekabrın 6-7-də Bakıya son səfəri zamanı Əraqçının Azərbaycanın yüksək vəzifəli şəxsləri, o cümlədən Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov, baş nazirin müavini Şahin Mustafayev, Milli Məclisin sədri Sahibə Qafarova ilə geniş və konstruktiv görüşlər keçirdiyindən yazıb.
"İran-Azərbaycan münasibətləri coğrafi yaxınlıqdan kənara çıxır. Bu gün həmin əlaqələr iqtisadi, tranzit, siyasi, mədəni və humanitar sahələrdə genişlənir. Hər iki ölkə əməkdaşlığı strateji səviyyəyə qaldırmaq əzmindədir", - Əraqçi qeyd edib.
Görüşlər zamanı vurğulanıb ki, üçüncü tərəflər Tehranla Bakı arasında konstruktiv münasibətlərə mənfi təsir göstərməməlidir. Agentlik müzakirələr boyu rəsmilərin Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasının vacibliyini bütün regional dövlətlər üçün tərəqqi və firavanlıq üçün ilkin şərt kimi vurğuladığını yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 12 Dekabr 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















