Uçurumun kənarında möcüzə: Ağac budağı turisti ölümdən qurtardı VİDEO
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Çində sıldırım qayadan yıxılan turist 200 metr hündürlükdə ağaca ilişərək sağ qalıb.
Ölkə.Az Britaniyanın "Need to Know" portalınə istinadən xəbər verir ki, 26 yaşlı gənc dostları ilə birlikdə dağlarda qeyri-turistik alpinist cığırı ilə hərəkət edərkən təsadüfən aşağı yuvarlanıb. O, təxminən 6–7 metr hündürlükdən düşdükdən sonra ağac budaqlarından yapışaraq dayana bilib. Lakin hər an 200 metrlik Qunyi uçurumuna sürüşmək təhlükəsi ilə üz-üzə qalıb.
Məqalə müəllifləri əlavə ediblər ki, hadisə baş verən yerin yaxınlığında "Qunyi Mavi Səma" xilasetmə briqadası üzvlərinin təlimi keçirilirmiş. Hadisə barədə məlumat alan xilasedicilər dərhal turistlərin olduğu istiqamətə yollanıblar.
Gəncin uçuruma yuvarlanmaması üçün onu əvvəlcə polad troslarla ağaca bərkidiblər. Daha sonra xərəyə yerləşdirilən yaralı kəndirlərin köməyi ilə qayadan aşağı endirilib. Bildirilir ki, turist çoxsaylı sınıqlar, həmçinin göz, üz və bel nahiyəsindən ciddi xəsarətlər alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 07 May 2026 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















