Icma.az
close
up
RU
Uçuş qorxusu nədir və ondan necə qurtulmaq olar?

Uçuş qorxusu nədir və ondan necə qurtulmaq olar?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AZAL-a məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması həm də insanlarda uçuş fobiyasının artmasına səbəb olub. Artıq sosial şəbəkələrdə hava nəqliyyatı ilə səyahət planlayan insanların narahatlıqlarını müşahidə etmək mümkündür. Hətta səyahətdən imtina edənlər də az deyil.

Bəs bu qorxunu necə dəf etmək olar? Təyyarə fobiyasına (aerofobiya) qalib gəlməyin yolu varmı?

Mütəxəssislər deyir ki, hər dörd nəfərdən biri təyyarə ilə uçmaqdan qorxur. Sözdə normal görünsə də, aerofobiya insanlarda ciddi şəkildə narahatlıq yaradır. Onlar bir çox hallarda səyahət etməkdən məhrum olur, hətta qohumlarını belə ziyarət edə bilmirlər. Amma qorxu dərəcəsindən asılı olmayaraq, bu fobiyaya qalib gəlmək mümkündür.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Rahatlaşdırıcı musiqi dinləmək, kitab oxumaq

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov açıqlamasında bildirib ki, aerofobiya nəqliyyat vasitələrinin texniki təhlükəsizliyindən şübhə, qapalı mühit qorxusu (klaustrofobiya), yüksəklik qorxusu (akrofobiya) və nəzarəti itirmək qorxusundan qaynaqlana bilər: "Aerofobiyanın psixoloji səbəbləri müəyyən edilərkən əvvəlki travmatik təcrübələr, medianın qəzalar haqqında verdiyi xəbərlər, ailə və dostların paylaşdığı mənfi təcrübələrin təsir etdiyi müşahidə olunur. İnsanlar uçuşa nəzarət edə bilmədikləri üçün stres və narahatlıq keçirirlər. Bəzi insanlarda isə bu fobiya özünü fizioloji səbəblərlə büruzə verir. Belə insanların təyyarədə təzyiq problemləri yaranır və hündürlükdə nəfəs alma çətinliyi yaşayırlar".

Psixoloq deyir ki, insanlarda stres və narahatlığı aradan qaldırmaq üçün təyyarələrin təhlükəsizliyi haqqında məlumat verilməlidir: "Təyyarə dünyada ən təhlükəsiz nəqliyyat vasitələrindən biri hesab olunur. Digər nəqliyyat vasitələri ilə müqayisədə təyyarə qəzaları çox nadir hallarda baş verir. Simulyasiya vasitəsilə uçuş təcrübəsi əldə etmək qorxunun azalmasına kömək edə bilər. Uçuş zamanı heyətlə ünsiyyət qurmaq, onların peşəkarlığını və işin təhlükəsizliyini hiss etməyə kömək edir. Rahatlaşdırıcı musiqi dinləmək və ya maraqlı kitab oxumaq diqqəti başqa istiqamətə çəkə bilər".

Müvəqqəti həll yolu

Psixoloji dəstək isə qorxuya səbəb olan düşüncələrin dəyişdirilməsinə kömək edir: "Fərdi yanaşma ilə şəxsin fobiyası və psixoloji tarixi öyrənilərək uyğun prosedurlar reallaşdırılır. Aerofobiya və digər buna bənzər fobiyalardan əziyyət çəkən şəxslər psixoterapiya almaqla qorxunun səbəblərini anlamağı və onu necə idarə etməyi öyrənirlər. Dərin nəfəs texnikaları ilə stres səviyyəsini azaldaraq insanın sakitləşməsinə kömək etmək olar. Ehtiyac yarandığı halda həkim-psixiatr tövsiyəsi ilə uçuş zamanı sakitləşdirici və ya narahatlıq əleyhinə dərman qəbul etmək müvəqqəti həll yolu ola bilər".

On bir milyonda bir

Bu fobiya ilə mübarizədə psixoloqların və insanların tutunduğu əsas məsələ təyyarənin ən təhlükəsiz nəqliyyat vasitəsi hesab edilməsidir. Statistikaya görə, təyyarə qəzasında ölmək şansınız 11 milyonda birdir. Uçuş zamanı hər şeyin həqiqətən pis getmə ehtimalı milyonda birdir. İnkişaf etmiş bir ölkəyə uçarkən təyyarə qəzasında ölmək şansınız 30 milyonda birdir. Çünki hava nəqliyyatı çox ciddi beynəlxalq qaydalar və standartlarla idarə olunur. Təyyarələr, pilotlar və hava yolları şirkətləri müntəzəm yoxlamalardan və sertifikasiyadan keçir. Aviasiya sənayesində texniki nasazlıqlar və təhlükəsizlik pozuntuları minimuma endirilir. Pilotlar uzun və ciddi təlim proseslərindən keçirlər. Onlar yüksək peşəkarlıq tələb edən fövqəladə vəziyyətlərdə necə davranmağı öyrənirlər. Uçuş idarəetmə qrupları da uçuş təhlükəsizliyini təmin etmək üçün davamlı işləyirlər. Bundan əlavə, təyyarələr ən müasir texnologiyalarla təchiz olunub və çox vaxt avtomatlaşdırılmış sistemlərdən istifadə edilir.

Ətrafında qorxan varsa, sən də qorxacaqsan

25 illik fobiya ilə mübarizə təcrübəsi olan psixoloq Patrisia Ferness-Smit "British Airways"də aerofobiya ilə bağlı "inamla uçun" kurslarını təşkil edir. Psixoloq deyir ki, qorxduğumuz zaman beynimizi emosiyalarımız idarə edir və məntiqimiz kənarda qalır. Bu məqamda uçmağın ən təhlükəsiz nəqliyyat vasitəsi olduğu ilə bağlı statistikalar da beyinə təsir etmir. Psixoloq deyir ki, təyyarə fobiyasını yaradan mühüm amillərdən biri valideynlərin övladlarını qorumaq instinkti və təyyarənin hava boşluğuna (turbulentlik) düşməsidir. Valideynin övladını uçuşa hazırlayarkən keçirdiyi narahatlıq övladına təsir edir və qorxmağa başlayır. Məsələn, bir dəfə təyyarə ilə ana ilə bala səyahət edirdi. Ana tez-tez övladına deyirdi ki, qızım qorxma, tez çatacağıq. Ana dua etməyə başladı ki, "Allahım, sən bizi qoru". Bu, sosial öyrənmədir, ətrafında qorxan varsa, avtomatik sən də qorxacaqsan. Turbulentliyə gəldikdə isə, hər bir təyyarə hava boşluğuna asanlıqla tab gətirə bilir.

Heç vaxt qorxularınıza təslim olmayın

Psixoloq vurğulayır ki, təyyarə fobiyasının əsasında insanların ümumi qorxuları dayanır: "Təyyarə qorxusunu gücləndirən faktorların arasında klaustrofobiya (qapalı məkanlar), akrofobiya (hündürlük), aqorafobiya (yadlaşma), mizofobiya (mikroblar), astrofobiya (ildırım və fırtına), sosial fobiya (məsələn, ictimai yerdə yemək) və emetofobiya (qusma qorxusu) ola bilər. Mümkün qədər erkən hərəkətə keçmək vacibdir, çünki üzərində işlənilməyən hər bir qorxu kök salır və həyatınızın digər sahələrinə də təsir edir. Təyyarə qorxusu yaş və cinsindən asılı olmayaraq, hər bir insanda rast gəlinə bilər. Əgər fobiyanız varsa, uçuşa fokuslanmaq əvəzinə, onu yemək servisi, film izləmək və maraqlı bir kitab oxumaq kimi kiçik hissələrə bölməyi tövsiyə edirəm. Ən əsası, çoxlu su için və səyahət zamanı rahat geyimlərdən istifadə edin. Heç vaxt qorxularınıza təslim olmayın, çünki onlar həyatınızı oğurlayır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 Dekabr 2024 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see368

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see348

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see338

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see297

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see273

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see260

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see255

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see245

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see242

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see236

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see231

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see229

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see222

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see219

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see214

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see212

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see209

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see205

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see205

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri