Icma.az
close
up
RU
Ucuz neft dövrü bitir: Qiymətlər normal səviyyəyə qayıtmayacaq KİV

Ucuz neft dövrü bitir: Qiymətlər normal səviyyəyə qayıtmayacaq KİV

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünya neft bazarları ABŞ, İsrail və İran arasında davam edən müharibə səbəbilə təzyiq altındadır. 

Qaynarinfo "The Independent”ə istinadən xəbər verir ki, "qara qızıl”ın qiymətləri heç vaxt "normal” səviyyəyə qayıtmaya bilər.

Qeyd olunur ki, əsas səbəblərdən biri dünya neft və qaz tədarükünün təxminən 20 faizinin daşındığı Hörmüz boğazında gəmiçiliyin dayanmasıdır.

Münaqişənin nə qədər davam edəcəyi ilə bağlı dərin qeyri-müəyyənlik bazarda "risk mükafatı” adlanan əlavə xərclərin yaranmasına səbəb olub. Bu, tədarükdə mümkün fasilələr riskinə görə neft qiymətlərinə əlavə edilən qiymət artımıdır. Vəziyyəti sığorta xərclərinin artması, dəniz daşımalarının azalması və Yaxın Şərqdən yan keçən daha uzun marşrutlar da çətinləşdirir.

Bu həftə sülh danışıqlarına dair ümidlər fonunda qiymətlər bir qədər azalaraq bir barel üçün 100 dollardan aşağı düşsə də, yenə də yüksək səviyyədə qalır. Münaqişədən əvvəl qiymətlər uzun müddət 70–80 dollar aralığında olub və bu, son iki onilliyin "normal” dövrlərinə yaxın göstərici sayılırdı.

Bununla belə, ekspertlər həmin "normaya” qayıdışı şübhə altına alır. Onların fikrincə, əsas problem müvəqqəti fasilələr deyil, ucuz neft erasının başa çatması ola bilər.

Neft qiymətlərinin artması zəncirvari təsir yaradır: yanacaq, daşınma, gündəlik səyahətlər və logistika xərcləri yüksəlir. Bundan əlavə, bir çox gübrələr neft-kimya məhsullarından istehsal olunduğu üçün kənd təsərrüfatına da əlavə təzyiq yaranır.

ABŞ Energetika Nazirliyinin məlumatına görə, neft-kimya məhsulları 6 mindən çox gündəlik istehlak məhsulunun istehsalında istifadə olunur. Bunlara plastik əsaslı məhsulların böyük hissəsi daxildir, həmçinin aspirin, yuyucu vasitələr, diş pastası və boyalar kimi məhsullar da bu siyahıya daxildir.

Keçmişdə neft böhranları yeni yataqlar və texnologiyalar hesabına yumşaldılsa da, bu dəfə Yaxın Şərqdə istehsal güclərinin zədələnməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Bərpa prosesinin illərlə çəkə biləcəyi bildirilir.

Dünya iqtisadiyyatı da resurslara yanaşmanı dəyişir: pandemiya və Ukrayna müharibəsindən sonra ölkələr ehtiyatların artırılmasına üstünlük verir. Bu isə saxlama, infrastruktur və sığorta xərclərini artırır.

Nəticə olaraq, ucuz neft dövrünün bitməsi neftdən imtina demək deyil, lakin daha yüksək və sabit olmayan xərclər deməkdir. Bu da gündəlik həyat xərclərinə getdikcə daha çox təsir göstərəcək.

Eyni zamanda artıq davranış dəyişiklikləri müşahidə olunur: insanlar daha az səyahət edir, ictimai nəqliyyata və elektrik nəqliyyatına üstünlük verir. Sənaye isə iqtisadi zərurət səbəbilə enerji səmərəliliyi və "yaşıl” enerjiyə investisiya yatırır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Aprel 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see311

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see289

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see278

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see278

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see264

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see259

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see257

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see255

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see240

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see238

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see236

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see235

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see231

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see226

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see224

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see223

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see221

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see216

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see210

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri