Icma.az
close
up
RU
Ucuz və etibarlı: Yeni başlayanlar üçün ən yaxşı 10 avtomobil

Ucuz və etibarlı: Yeni başlayanlar üçün ən yaxşı 10 avtomobil

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

İlk avtomobilin alınması adətən gənc sürücülər üçün ciddi sınaq olur. Təhlükəsizlik, etibarlılıq və komfort kimi bir çox vacib amili nəzərə almaq lazımdır, üstəlik, çox vaxt nə kifayət qədər təcrübə, nə də bahalı və zəmanətli yaxşı avtomobil almaq üçün büdcə olur.

Qaynarinfo xəbər verir ki, "Slash Gear” nəşri təhlükəsizlik, qiymətlər, etibarlılıq və avtomobilə uzunmüddətli sahiblik xərcləri ilə bağlı real məlumatları təhlil edib və sükan arxasına ilk dəfə əyləşənlər üçün ideal hesab olunan nisbətən ucuz modellərin siyahısını tərtib edib.

Siyahıya daxil edilən 10 model bunlardır:

"Honda Civic”. Onilliklərdir ilk avtomobil üçün ən yaxşı variantlardan biri hesab olunur. Uzunömürlülüyü və aşağı təmir xərcləri ilə seçilir. Müasir versiyalar hətta baza komplektasiyalarında belə geniş sürücü köməkçi sistemləri təklif edir və həm yeni, həm də işlənmiş bazarda nisbətən əlçatan qiymətini qoruyur.

"Toyota Corolla”. Dünyada ən çox satılan avtomobillərdən biri kimi son dərəcə etibarlı model reputasiyasına malikdir. Müasir nəsil benzin və hibrid mühərrik variantları, zəngin standart təchizat və baza versiyasından etibarən tam təhlükəsizlik paketləri ilə yeni başlayanlar üçün cəlbedici və praktik seçim sayılır.

"Mazda 3”. Üslub, keyfiyyət və sürücü komfortunu birləşdirir. Hətta ilkin komplektasiyalar da "büdcə” təsiri bağışlamır. Geniş təhlükəsizlik sistemləri paketi təcrübəsiz sürücülərin özünü daha inamlı hiss etməsinə kömək edir.

"Hyundai Elantra”. Etibarlı və kütləvi sedan kimi tanınıb və ilk avtomobil üçün uyğundur. Yeni modellər müasir multimedia sistemləri, yüksək təhlükəsizlik reytinqləri və sinfində ən yaxşı ötürmə sistemi zəmanətlərindən birini təklif edir ki, bu da yeni sahiblər üçün maliyyə risklərini azaldır.

"Kia Soul”. Praktikliyi, geniş salonu və münasib qiyməti ilə seçilir. İqtisadi mühərriki, anlaşılan multimedia interfeysi və standart sürücü köməkçi sistemləri sayəsində bu kompakt hetçbek tez-tez illərlə problemsiz xidmət göstərən ilk avtomobilə çevrilir.

"Nissan Sentra”. Brend xəttində ən etibarlı variantlardan biri olaraq qalır və işlənmiş avtomobil seçənlər arasında populyardır. Son nəsillər müasir təhlükəsizlik sistemləri, rahat oturacaqlar və orta səviyyəli xidmət xərcləri ilə az təcrübəli sürücülər üçün cəlbedicidir.

"Ford Focus”. İstehsaldan çıxarılmasına baxmayaraq, ikinci əl bazarında hələ də populyarlığını qoruyur. Münasib qiyməti, öz dövrü üçün müasir texnologiyaları və layiqli təhlükəsizlik səviyyəsi ilə daha bahalı rəqiblərə sərfəli alternativ sayılır.

"Toyota Yaris”. Kompakt ölçülərinə baxmayaraq, etibarlı və iqtisadi avtomobil kimi tanınır. İşlənmiş modellər qiymət baxımından əlçatandır, xidmət xərcləri aşağıdır və baza təhlükəsizlik sistemləri ilə şəhər istifadəsi üçün praktik variantdır.

"Honda Accord”. Tipik "ilk avtomobil”lərdən daha iri və bahalıdır, lakin bunu komfort, yüksək təhlükəsizlik səviyyəsi və orta sahiblik xərcləri ilə kompensasiya edir. İkinci əl bazarında geniş buraxılış ili seçimi və sabit etibarlılıq reputasiyası sayəsində tez-tez ilk ailə avtomobili kimi nəzərdən keçirilir.

"Toyota Prius”. Dörddə bir əsr ərzində eksperimental hibriddən bazarın ən etibarlı və ən qənaətcil avtomobillərindən birinə çevrilib. Müasir versiyalar geniş təhlükəsizlik paketinə malikdir, dəyərini yaxşı saxlayır və düzgün qulluqla yüz minlərlə kilometr problemsiz yol qət edə bilir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:438
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Yanvar 2026 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri