Uda da ilərdik, uduza da Nəcəfov bərabərliyi ədalətli nəticə sayır
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
1-ci Liqanın 16-cı turu çərçivəsində dünən baş tutan "Səbail" - "Baku Sportinq" qarşılaşması 0:0 hesabı ilə başa çatdı. Qonaqların məşqçisi Röyal Nəcəfovla əlaqə saxlayıb "quru sülh"ü dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Turnir cədvəlinin üst sıralarında qərarlaşan iki komanda qarşılaşdı. Meydana qələbə üçün çıxmışdıq. İlk 20 dəqiqədəki oyunumuz da 3 xal qazanmaq istəyimizə sübut idi. Təəssüf ki, birinci hissədəki qol epizodlarını dəyərləndirə bilmədik. İlk yarı tam üstünlüyümüz şəraitində keçsə də, ikinci hissədə rəqib daha yaxşı oynamağa başladı, qol vəziyyətləri yaratdı. Əslində, birinci hissədə bir qol vura bilsəydik, oyun fərqli ssenari ilə davam edəcəkdi. Planımız belə idi. Sadəcə, istədiyimiz qolu vurmağı bacarmadıq. Belədə, rəqib fasilədən sonra təzyiqi artırmağa, qol axtarmağa başladı. Söylədiyim kimi, "Səbail"in ikinci hissədə daha çox qol epizodu oldu. Uda da bilərdik, uduza da... Heç-heçəni ədalətli nəticə sayıram".
Qeyd edək ki, hazırda 33 xalı olan "Baku Sportinq" turnir cədvəlinin 2-ci, 27 xala malik "Səbail" isə 4-cü pilləsində mövqe tutub.
Toğrul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:344
Bu xəbər 25 Fevral 2026 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















