Icma.az
close
up
RU
ÜDM də cəmi 0.3 faizlik artım Qonşulardan niyə geri qalırıq?

ÜDM də cəmi 0.3 faizlik artım Qonşulardan niyə geri qalırıq?

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

“Ümumi daxili məhsulun artımına təsir göstərən amil, investisiya artımıdır. Mən hesab edirəm ki, biz ümumi daxili məhsulda daha böyük artıma nail olmaq üçün, kapital qoyuluşlarının, investisiyaların həcminin artımına nail olmalıyıq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib. O, bildirib ki, daxili özəl investisiyaların artımına nail olmaq lazımdır:

“Ümumi daxili məhsulun artımına təsir göstərən amil, investisiya artımıdır. Mən hesab edirəm ki, biz ümumi daxili məhsulda daha böyük artıma nail olmaq üçün, kapital qoyuluşlarının, investisiyaların həcminin artımına nail olmalıyıq. 

Nəzərə alsaq ki, bazar iqtisadiyyatı şəraitində yaşayırıq, biz prioritet olaraq, daxili özəl investisiyaların artımına nail olmalıyıq. Bir tərəfdən, biz görürük ki, neft sektorunda hasilat və qiymətlərlə bağlı müvafiq proseslər baş verir. Yəni neftin hasilatı azalır və qiymətlərin düşməsinin şahidi oluruq. Digər tərəfdən isə investisiyaları artırmasaq, təbii ki, bizim ümumi daxili məhsulda və digər makroiqtisadi indikatorlarda müvafiq hədəflərə çatmağımız çətin olacaq. 

Ona görə də mənə elə gəlir ki, bu problem əsasən investisiyaların həcmi ilə bağlıdır. Düşünürəm ki, biz investisiyaları kəskin şəkildə artırmalıyıq. Bu artım ilk növbədə daxili özəl investisiyalar hesabına baş verməlidir. Xaricdən gətirilən yüksək texnoloji idxal da bizə lazımdır. Eyni zamanda dövlət kapital qoyuluşlarının da artırılmasına ehtiyac var. Amma ilk növbədə bank kreditləşməsinin əlçatanlığına əsaslanan, daxili özəl investisiyaların artımı vacibdir”.

Ekspertin sözlərinə görə, ilk növbədə bank kreditlərinin əlçatanlığı təmin olunmalıdır:

“İlk növbədə bank kreditlərinin əlçatanlığı təmin olunmalıdır. Bank kreditləri bu gün ölkədəki investisiyaların daxilində, strukturunda cüzi paya malikdir. Bank kreditləri ilə bağlı şərtlərin yumşaldılması və investisiya yönümlü olması çox vacibdir. Yəni istehlak kreditləri kimi istiqamətlərə deyil, prioritetdə real istehsal sektoruna yönəlik olmalıdır. Bu isə iqtisadi artıma şərait yaratmalıdır”.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında ölkədə istehsal olunan ümumi daxili məhsulun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 0,3 faiz artıb. Bu rəqəm Rusiyada 4, Qırğızıstanda 9, Qazaxıstanda 6, Türkmənistanda isə 5 faiz təşkil edib. 

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 May 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see210

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see210

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see190

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see184

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see172

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see155

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see148

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see143

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see139

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri