Icma.az
close
up
RU
Uduzacağımızı gözləyirdim Azər Bağırov

Uduzacağımızı gözləyirdim Azər Bağırov

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov

"Kəpəz" Misli Premyer Liqasının 26-cı turunda Yevlax şəhər stadionunda "Qəbələ"yə 0:2 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra oyun barədə fikirlərini bölüşüb:

"Aprel döyüşlərində şəhid olan oğullarımıza Allahdan rəhmət diləyirəm. Allah ailələrinə səbir versin. Ardıcıl oyunlardan sonra belə nəticəni hardasa gözləyirdim. Yəni nə vaxtsa uduzacağımızı gözləyirdim. Çox yaxşı 4 turdan sonra bir səhvimizin olacağını ehtimal edirdim. Hiss olunurdu ki, meydançada "Qəbələ" qələbəni bizdən daha çox istəyir. İkinci hissədəki xırda səhvlərimiz qapımızda qolla nəticələndi. Rəqibimizi təbrik edirəm. Çempionat davam edir. Qarşıdakı matçlara baxacağıq".

- Demək olar ki, "Kəpəz"in futbolçuları özlərindən daha güclü komandalara qarşı daha yaxşı oynayırlar, turnir cədvəlində özünə yaxın komandalarla matçlarda problem yaşayırlar. Ola bilər ki, oyuna köklənməkdə problem var?

- Belə halların olması normaldır. 4-5 turdan sonra bir zəif oyunun olmalıdır. Qismətdən bu günə düşdü. Düşən epizodlardan yararlana bilmiriksə, çətinlik çəkirik. Uğurlu nəticələr qazandığımız oyunlara baxsanız, orda epizodları tamamlaya bilmişdik. Bu gün adi 3 epizodda qol epizodunu vura bilmədik. Bu da məğlubiyyətə gətirib çıxarır. Futbolçulara deyirəm ki, rəqibin kimliyindən asılı olmayaraq meydançada maksimum konsentrasiya olmalıdır.

- Milli fasilə zamanı ən çox müzakirə edilən futbolçu Yusif İmanov idi. Onun psixoloji durumu necədir? 

- Xeyr, heç bir ruh düşkünlüyü yoxdur. Özü ilə də söhbətimiz olub. Futbolçu kimi nə vaxt hazır olacaq, millinin məşqçiləri ona dəvət göndərəcək. Bu gün hazır deyil ki, millidə yer almayıb. Hamının fikrinə hörmətlə yanaşmalıyıq. Futbolda Yusif mənim üçün güclü ola bilər, amma məsələn, Elsəvər üçün zəif ola bilər. Futbolda zövq məsələsi var, hərənin öz baxış nöqtəsi olur. Yusif İmanov bunu başa düşür, daha yaxşı hazırlaşıb və zamanı gələndə millidə yer alar.

- Ayxan Abbasov Yusif İmanovu milliyə dəvət etməməsini mətbuat konfransı zamanı qəribə şəkildə sualla izah etmişdi.

- Şəxsən mənim heç bir problemim yoxdur. Ayxan müəllimin futbolu, beynində olan düşüncəsi, ona uyğun qapıçı seçməsi bu, normal bir şeydir. Hətta biz görmüşük ki, öz klubunda oynamayan, millidə daha yaxşı oyunlar oynayıb. Normaldır. Hər məşqçinin futbola baxışı var. Ayxan müəllimin fikirlərinə və düşüncələrinə, futbola baxışına hörmətlə yanaşıram. Mən necə olardım? Başqa məsələdir.

- Rəhbərliklə yeni müqavilə haqda danışmısınız?

- Xeyr, yeni müqavilə imzalamamışıq. Amma bəzi söhbətlərimiz olub. Bəzi məqamlara toxunmuşuq. Maliyyə tərəfləri tam bilinəndən sonra...Yəni, büdcəmiz nə qədər olacaq kimi məsələlərdən sonra rəhbərliklə birlikdə danışacağıq. Bizim planımız var və ona uyğun da işimizə davam edirik.(sportal.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qol.az
archiveBu xəbər 05 Aprel 2026 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri