UEFA Avropa Liqası: Aston Villa səfərdən qələbə, Ştutqart məğlubiyyətlə qayıdır
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda növbəti oyunlar baş tutub.
Oxu.Az xəbər verir ki, II turun daha doqquz qarşılaşması keçirilib.
Turun mərkəzi oyunlarından biri "Feyenoord" (Niderland) və "Aston Villa" (İngiltərə) komandaları arasında keçirilib. Matç qonaqların 0:2 hesablı qələbəsi ilə bitib. Emiliano Buendiya və Con Makqinn qələbəni təmin edən qolların müəllifləri olublar.
Səfərdə "Bazel"ə 0:2 hesabı ilə uduzan "Ştutqart" gözlənilməz nəticəyə imza atıb. Albian Aeti və Morits Broşinskinin qolları almanları İsveçrədən əliboş yola salıb.
Turun digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Selta Viqo" (İspaniya) - PAOK (Yunanıstan) - 3:1;
"Genk" (Belçika) - "Ferentsvaroş" (Macarıstan) - 0:1;
"Lion" (Fransa) - "Zaltsburq" (Avstriya) - 2:0;
"Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo Zaqreb" (Xorvatiya) - 1:3;
"Nottingem Forest" (İngiltərə) - "Midtyulland" (Danimarka) - 2:3;
"Portu" (Portuqaliya) - "Srvena Zvezda" (Serbiya) - 2:1;
"Şturm" (Avstriya) - "Reyncers" (Şotlandiya) - 2:1.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 03 Oktyabr 2025 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















