UEFA Avropa Liqası: Elfsborq Qarabağ matçını idarə edəcək hakimlər bəlli olub
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsveçdə yerli "Elfsborq" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası oyununun hakimləri müəyyənləşib.
Oxu.Az xəbər verir ki, qarşılaşma Portuqaliyadan olan ədalət təmsilçilərinə həvalə edilib.
FIFA referisi Antoniu Nobreyə Pedro Ribeyru və Nelson Pereyra kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Andre Narçiso yerinə yetirəcək.
Stefano Podeski (San-Marino) hakim-inspektor, Yan Atkins (İngiltərə) UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

UEFA Avropa Liqası: Qarabağ Elfsborq səfərində
12 Dekabr 2024 11:40
UEFA Avropa Liqası: Elfsborq Qarabağ oyununun hakimləri bəlli olub
10 Dekabr 2024 19:27
Elfsborq Qarabağ oyununun hakimləri bəlli oldu UEFA Avropa Liqası
10 Dekabr 2024 14:33
Avropa Liqası: Elfsborq Qarabağ oyununun hakimləri bəlli olub
10 Dekabr 2024 14:22

