UEFA Avropa Liqası: Fənərbağça dan ilk qələbə, Roma dan gözlənilməz məğlubiyyət
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda növbəti oyunlar keçirilib.
Oxu.Az xəbər verir ki, maraqla gözlənilən qarşılaşmalardan biri İstanbulda baş tutub.
"Fənərbağça" evdə Fransa təmsilçisi "Nitsa"nı qəbul edib. Matç ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Kerem Aktürkoğlunun dublu "Fənərbağça"ya Liqa mərhələsində ilk qalibiyyəti gətirib. Qonaqlardan isə Kevin Omoruyi penaltidən fərqlənib.
Turun gözlənilməz nəticəsi Romada qeydə alınıb. Yerli "Roma" komandası "Lill" klubuna minimal hesabla uduzub - 0:1.
Turun digər matçlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Bolonya" (İtaliya) - "Frayburq" (Almaniya) - 1:1;
"Brann" (Norveç) - "Utrext" (Niderland) - 1:0;
"Seltik" (Şotlandiya) - "Braqa" (Portuqaliya) - 0:2;
FKSB (Rumıniya) - "Yanq Boyz" (İsveçrə) - 0:2;
"Ludoqorets" (Bolqarıstan) - "Real Betis" (İspaniya) - 0:2;
"Panatinaikos" (Yunanıstan) - "Qou Ehed İqlz" (Niderland) - 1:2;
"Viktoriya Plzen" (Çexiya) - "Malmö" (İsveç) - 3:0.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 02 Oktyabr 2025 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















