UEFA Avropa Liqası: türklər üz üzə Beşiktaş ın rəqibi müəyyənləşib
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Beşiktaş"ın rəqibi müəyyənləşib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş"ın UEFA Avropa Liqasındakı rəqibi Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor Donetsk" olacaq.
Xatırladaq ki, birinci təsnifat mərhələsinin cavab oyununda Donetsk “Şaxtyor”u səfərdə Finlandiyanın “İlves” komandası ilə 0-0 bərabərə qalıb. İlk oyun “Şaxtyor Donetsk”in 6-0 hesablı üstünlüyü ilə bitdiyi üçün Arda Turanın komandası mərhələ adlayıb.
Qeyd edək ki, “Beşiktaş” – “Şaxtyor” oyunları iyulun 24-ü və cavab oyunu isə 31-də keçiriləcək.
Zülfiyyə Mustafayeva
MİA.AZ

UEFA Avropa Liqası: Beşiktaş Şaxtyor Donetsk lə üz üzə
24 İyul 2025 08:36
UEFA Avropa Liqası: Şaxtyor Donetsk Beşiktaş la üz üzə
31 İyul 2025 08:33
UEFA Avropa Liqası: Beşiktaş Malmöyə qarşı
06 Noyabr 2024 10:01
UEFA Avropa Liqası: Arda Turanın Şaxtyor Donetsk i Beşiktaş ın rəqibi oldu
18 İyul 2025 11:17

