UEFA Çempionlar Liqası: Bu gün VI turun 9 oyunu keçirilib
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasında bu gün VI tura start verilib.
“Report”un məlumatına görə, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.
İngiltərənin “Liverpul” klubu səfərdə “Jirona”nın (İspaniya) öhdəsindən gələrək faktiki olaraq 1/8 finala vəsiqəni təmin edib, “İnter” (İtaliya) isə Almaniyadan xalsız qayıdıb.
İspaniya təmsilçisi “Real” İtaliyada “Atalanta” ilə oyunda çətin qələbə qazanıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
VI tur
10 dekabr
21:45. “Dinamo” (Xorvatiya) – “Seltik” (Şotlandiya) 0:0
21:45. “Jirona” (İspaniya) – “Liverpul” (İngiltərə) 0:1
00:00. “Leyptsiq” (Almaniya) – “Aston Villa” (İngiltərə) 2:3
00:00. “Bayer 04” (Almaniya) – “İnter” (İtaliya) 1:0
00:00. “Atalanta” (İtaliya) – “Real” (İspaniya) 2:3
00:00. “Brügge” (Belçika) – “Sportinq” (Portuqaliya) 2:1
00:00. “Şaxtyor” (Ukrayna) – “Bavariya” (Almaniya) 1:5
00:00. “Zaltsburq” (Avstriya) – PSJ (Fransa) 0:3
00:00. “Brest” (Fransa) – PSV (Niderland) 1:0
Qeyd edək ki, turun digər oyunları dekabrın 11-də keçiriləcək.
Baxış sayı:90
Bu xəbər 11 Dekabr 2024 02:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















