UEFA Çempionlar Liqası: Neftçi nin oyununun hansı ölkədə keçiriləcəyi dəqiqləşib
Cbcsport saytından alınan məlumata görə, Icma.az bildirir.
"Neftçi"nin qadınlardan ibarət komandasının UEFA Çempionlar Liqasındakı oyununun hansı ölkədə baş tutacağı dəqiqləşib.
"Ağ-qaralar"ın Türkiyə təmsilçisi "Fomget"lə turnirin I təsnifat mərhələsinə təsadüf edəcək matçı Albaniyanın paytaxtı Tiranada keçiriləcək.
Görüş iyulun 30-da "House of Football Natural Pitch" stadionunda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi yarımfinal və final oyunlarından ibarət olacaq. "Neftçi" "Fomget"i yenəcəyi təqdirdə, finalda İsrail təmsilçisi "Kiryat"la üz-üzə gələcək. Bu görüşdə qələbə qazanan tərəf II təsnifat mərhələsinə vəsiqə qazanacaq. Final isə avqustun 3-də eyni şəhərdə baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 12 İyul 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















