UEFA dan azarkeşlər üçün yeni mövqe
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Avropa futbolunun əsas qurumları səfər azarkeşlərinin kollektiv şəkildə stadionlara buraxılmasının qadağan edilməsinə qarşı çıxıb.
QOL.az xəbər verir ki, "Daily Sport" nəşrinin məlumatına görə, UEFA, Avropa Futbol Klubları, “Football Supporters Europe” və “European League” səfər azarkeşlərinin futbolun vacib hissəsi olduğunu və azsaylı şəxslərin hərəkətlərinə görə bütün qrupun cəzalandırılmamalı olduğunu bildiriblər.
Bu mövqe Madriddə keçirilən UEFA Təhlükəsizlik və Mühafizə Konfransında səfər azarkeşləri və kollektiv qadağaların tətbiqi ilə bağlı müzakirələrdən sonra qəbul edilib.
Qurumların birgə bəyanatında deyilir: “Zorakılığın, iğtişaşların və digər qayda pozuntularının qarşısını almağa yönələn tədbirlər bütövlükdə azarkeş qruplarına deyil, məsul şəxslərə qarşı tətbiq edilməlidir”.
Bildirilib ki, kollektiv qadağalar təhlükəsizliklə bağlı problemlərə qarşı adi tədbirə çevrilməməlidir. Belə qadağalar yalnız ciddi ictimai təhlükəsizlik və ya asayiş risklərinin daha yüngül tədbirlərlə aradan qaldırıla bilmədiyini göstərən sənədləşdirilmiş sübutlar olduqda nəzərdən keçirilə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 03 Sentyabr 2026 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















