Icma.az
close
up
RU
UEFA dan Azərbaycana xoş olmayan avrokubok xəbəri

UEFA dan Azərbaycana xoş olmayan avrokubok xəbəri

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA-dan Azərbaycana xoş olmayan avrokubok xəbəri

“Qarabağ”ın hazırkı avrokubok mövsümündə uğurlu çıxışı davam etsə də, 2026/27 mövsümündə Avropada iştirak etməyi planlaşdıran Azərbaycan klubları üçün xoş olmayan bir xəbər var. 

QOL.az haqqin.az saytına istinadla xəbər verir ki, bu xəbər ölkəmizin UEFA reytinqində tutduğu mövqe ilə bağlıdır.

Hələ ötən ilin mart ayında məlum olmuşdu ki, Azərbaycanın 2024/25 mövsümünün yekunlarına əsasən UEFA reytinqində son 11 ilin ən aşağı – 30-cu yeri tutması gec-tez öz təsirini göstərəcək. Bu da məhz 2026-cı ildə baş verir. UEFA-nın gələn yay üçün açıqladığı siyahıya əsasən, Azərbaycan avrokuboklarda start mövqelərindən birini itirib.

Əvvəllər Azərbaycan klubları UEFA Konfrans Liqasında mübarizəyə həmişə 2-ci təsnifat mərhələsindən başlayırdısa, 2026/27 mövsümündə iki təmsilçimizdən biri artıq 1-ci təsnifat mərhələsindən çıxış etməli olacaq. Bu isə Premyer Liqada 3-cü və ya 4-cü yeri tutan komandaya (əgər ölkə kubokunu ilk üçlükdə qərarlaşan klub qazanarsa) aid olacaq.

Hazırda ehtimallara görə, Konfrans Liqasında 1-ci mərhələdən başlamaq “Zirə”nin payına düşə bilər. Düzdür, UEFA-nın start mərhələləri ilə bağlı müəyyən dəyişikliklər etməsi ehtimalı hələ də qalır, lakin bunun baş vermə ehtimalı olduqca aşağıdır. Məsələn, ötən yay reytinqdə 30-cu pillədə olan Sloveniya üçün heç bir dəyişiklik edilməmiş və həmin ölkənin klublarından biri Konfrans Liqasında mübarizəyə 1-ci mərhələdən başlamışdı.

Hazırda Azərbaycanla bağlı başqa dəyişiklik yoxdur. 

Xatırladaq ki, Azərbaycan çempionu normalda Çempionlar Liqasına 1-ci təsnifat mərhələsindən start verməlidir. Lakin son iki mövsümdə “Qarabağ” yüksək şəxsi reytinqi və turnirin qalibinin artıq ÇL-ə vəsiqə qazanması səbəbindən bu mərhələni buraxmışdı. Bu ssenari bu dəfə də təkrarlana bilər. Amma çempion indiki lider “Sabah” olacağı təqdirdə, paytaxt klubu mübarizəyə 1-ci mərhələdən başlamalı olacaq.

Azərbaycan kubokunun qalibi Avropa Liqasında 1-ci təsnifat mərhələsindən çıxış edəcək. Əgər çempionluğu və kuboku eyni komanda qazanarsa, Avropa Liqasına Premyer Liqada 2-ci yeri tutan klub vəsiqə əldə edəcək.

Konfrans Liqasında isə, qeyd edildiyi kimi, iki təmsilçimiz olacaq. Bu, ölkə kubokunun nəticəsindən asılı olaraq ya çempionatın 2-ci və 3-cü, ya da 3-cü və 4-cü pilləsində qərarlaşan komandalar olacaq.

Hazırda Premyer Liqada 1-ci yerdə “Sabah,”, 2-ci pillədə “Qarabağ”, 3-cü yerdə “Zirə”, 4-cü pillədə isə “Turan Tovuz” qərarlaşıb. Lakin çempionatın hələ təxminən yarısı qarşıdadır.

Sevindirici məqam yalnız ondan ibarətdir ki, Konfrans Liqasındakı bu geriləmə müvəqqətidir. Çünki cari mövsümün yekununda Azərnaycan UEFA reytinqində yenidən ilk 30-a qədərki pillələrdən birində yer alacaq (hazırkı mövqe 27-ci yer). Bu isə o deməkdir ki, Azərbaycan 2027/28 mövsümündə Konfrans Liqasına daha üstün mövqedən başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://qol.az
archiveBu xəbər 24 Yanvar 2026 07:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri