UEFA Ermənistan Futbol Federasiyasını cərimələdi
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib.
Buna UEFA Millətlər Liqasının noyabrın 14-də İrəvan şəhərində keçirilmiş Ermənistan - Farer adaları matçında yaşananlar səbəb olub.
Qurum sözügedən qarşılaşmada idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi (bannerlər) və pirotexniki vasitədən istifadəyə görə ziyana düşüb.
Meydan sahibləri azarkeşlərin görüşdə atəşfəşanlıq etməsinə görə 20000 avro ödəməli olacaq.
Ermənistan Futbol Federasiyası "idman tədbirinə yararsız mesaj göndərilməsi" ucbatından isə 17500 avro cərimələnib.
Qeyd edək ki, oyun Farer adaları yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:61
Bu xəbər 12 Dekabr 2024 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















