UEFA Gənclər Liqası: Qarabağ Ayaks a böyük hesabla uduzdu
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edən "Qarabağ"ın U-19 komandası bu gün son oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv "Ayaks"ın gənclər komandası ilə üz-üzə gəlib.
"Azersun Arena"da keçirilən matçda niderlandlılar təmsilçimizi böyük hesabla yenib.
Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası əvvəlki 5 turdakı oyunlarının hamısında uduzub - "Benfika" 1:7, "Kopenhagen" 0:5, "Atletik Bilbao" 0:3, "Çelsi" 0:6, "Napoli" 0:2. Beş oyunda 1 qol vurub 23-nü buraxan təmsilçimiz Liqa mərhələsində sonuncu - 36-cı pillədə qərarlaşıb. Qonaqlar isə 7 xalla 25-ci yerdədir.
UEFA Gənclər Liqası
Liqa mərhələsi, 6-cı tur
25 noyabr
14:00. "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) 0:8
Qollar: Unuvar, 32, 43, 48. Ouazane, 37, 63. Açeamponq, 68, 77. Rəvan Teymurov, 86-öz qapısına.
Hakimlər: Marton Ruş, Qerqo Viq-Tarşoni, Balaj Şalay (hamısı Macarıstan), Cavid Cəlilov (Azərbaycan).
Bakı. "Azersun Arena".
"Qarabağ" meydana bu "11-lik"lə çıxıb: 12. Bilal Hacıyev, 2. Məsud Alışanlı, 3. Amin Rzayev, 8. Əli Qazıbəyov, 7. Əhməd Vəliyev, 10. Hikmət Cəbrayılzadə (k), 13. Rəvan Teymurov, 18. Əliəkbər Rzazadə, 23. Rəşad Alışov, 9. Əli İbrahim, 22. Toheeb Abiodun.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 10 Dekabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















