UEFA ingilis hakimlə bağlı araşdırmalara başladı
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UEFA narkotik istifadəsində şübhəli bilinən ingilis hakim Devid Kut ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə qurumun rəsmi saytı bəyanat yayıb.
Böyük Britaniyanın “The Sun” nəşrinin hakimin bank əskinası ilə ağ maddəni burnuna çəkdiyi videonu dərc etməsindən sonra araşdırma başlayıb. Videonun Kutun VAR köməkçi hakimi olduğu AÇ-2024-ün 1/4 finalının Portuqaliya – Fransa oyunundan bir gün sonra – iyulun 6-da mehmanxanada çəkildiyi qeyd edilib.
Bir neçə gün öncə Kutun “Liverpul” klubunun keçmiş baş məşqçisi Yurgen Kloppu təhqir etdiyi video yayılıb. Bundan sonra o, İngiltərə Hakimlər Komitəsi tərəfindən yerli çempionatın oyunlarından kənarlaşdırılıb. UEFA isə 42 yaşlı referini Millətlər Liqası matçlarından uzaqlaşdırıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:95
Bu xəbər 14 Noyabr 2024 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















