UEFA Konfrans Liqası: Finalçılar bəlli oldular
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
UEFA Konfrans Liqasında finala yüksələn komandaların adlarına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, "Çelsi" "Dyurqarden"i, "Fiorentina" isə "Real Betis"i qəbul edib.
"Zadəganlar" ev matçını minimal üstünlüklə başa vurmaqla finala adlayıblar - 1:0 (ümumi hesab 5:1).
Florensiyada isə əsas vaxt 2:1 hesabı ilə (ümumi hesab 3:3) meydan sahiblərinin xeyrinə başa çatıb və qalib əlavə vaxtda müəyyənləşib. Növbəti 30 dəqiqədə qol vurmağı bacaran ispanlar daha şanslı olublar - 2:2 (ümumi hesab 3:4).
Beləliklə də, finalda "Çelsi" "Real Betis"ə qarşı mübarizə aparacaq.
Xatırladaq ki, "Çelsi" ilə "Dyurqarden" arasında keçirilən ilk oyun İngiltərə klubunun 1:4 hesablı səfər qələbəsi ilə başa çatıb. "Real Betis" isə doğma meydanda "Fiorentina"nı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turnirin həlledici matçı mayın 28-də baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 09 May 2025 01:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















