UEFA Millətlər Liqası: Azərbaycan Estoniya matçının bütün biletləri satılıb
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda bu gün keçiriləcək Azərbaycan - Estoniya matçının bütün biletləri satılıb.
“Report”un Qəbələyə ezam olunan əməkdaşının məlumatına görə, qarşılaşma üçün nəzərdə tutulan 1800 bilet artıq alınıb.
UEFA təhlükəsizlik baxımından Qəbələ şəhər stadionundakı bəzi tribunalara azarkeşlərin buraxılmasına icazə verməyib. Bu səbəbdən də satışa çıxarılan biletlərin sayı stadionun tutumundan azdır.
Qeyd edək ki, Azərbaycan - Estoniya görüşü saat 18:00-da başlayacaq.

UEFA Millətlər Liqası: Azərbaycan Estoniya matçının bütün biletləri satılıb
16 Noyabr 2024 15:40
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya matçının təyinatları açıqlanıb
13 Noyabr 2024 10:50
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya matçının hakimləri məlum olub
15 Noyabr 2024 11:54
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya ilə üzüzə
16 Noyabr 2024 09:00
Azərbaycan Estoniya matçının bütün biletləri satılıb
16 Noyabr 2024 15:20

