Icma.az
close
up
RU
UEFA nın “Hat Trick” proqramı çərçivəsində təşkil olunan turnir başa çatıb FOTO

UEFA nın “Hat Trick” proqramı çərçivəsində təşkil olunan turnir başa çatıb FOTO

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan futbol turnirinə yekun vurulub.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, BDU-nun müxtəlif fakültələrini təmsil edən tələbə komandaları arasında keçirilən yarış universitetdaxili idman həyatının canlandırılması, tələbələr arasında sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb.

Yarışın həlledici oyunları BDU-nun futbol meydançasında baş tutub. Üçüncü yer uğrunda görüşdə Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin komandası Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin komandasını 5:1 hesabı ilə məğlub edərək bürünc mükafatçı olub.

Final qarşılaşmasında isə Tarix fakültəsinin komandası Hüquq fakültəsinin komandasını 1:0 hesabı ilə üstələyərək turnirin qalibi adına yiyələnib.

Yekunda çempion komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutan kollektivlər isə müvafiq medallar və diplomlarla mükafatlandırılıblar. Bununla yanaşı, yarış çərçivəsində fərdi göstəriciləri ilə seçilən iştirakçılar müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlara layiq görülüblər.

Mükafatlandırma mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev iştirak ediblər.

Onlar qalib və mükafatçı komandaları təbrik edib, kubok və mükafatlar veriblər.

Qeyd edək ki, AFFA və BDU gələcəkdə də bu istiqamətdə birgə layihələrin həyata keçirilməsini planlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:336
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 May 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri