UEFA reytinqi: Sabah Azərbaycanın əmsalını daha da artırıb
Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
"Sabah" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb.SİA xəbər verir ki, bu, ölkə təmsilçisinin Uelsdə TNS komandasına UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 2:1 hesabı ilə qalib gəlməsi sayəsində mümkün olub.Bu qələbə sayəsində Valdas Dambrauskasun baş məşqçisi olduğu kollektiv Azərbaycana əlavə olaraq 0,250 əmsal qazandırıb.Beləliklə, Azərbaycanın cari mövsümdə əldə etdiyi əmsal 1,000 olub. Ölkə hazırda 19,562 əmsalla 26-cı pillədə qərarlaşıb. 27-ci yerdə Bolqarıstan (18,312), 25-ci mövqedə İsrail (20,750) yer alıb.UEFA reytinqində İngiltərə (101,852) liderdir.Xatırladaq ki, Bakıda rəqibini iki cavabsız qolla üstələyən "Sabah" qitənin bir nömrəli klub turnirinin II təsnifat mərhələsinə vəsiqə qazanıb. Azərbaycan çempionu bu raundda "Kups"la (Finlandiya) münasibətlərə aydınlıq gətirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 15 İyul 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















