UEFA Superkuboku: PSJ və “Aston Villa” Zaltsburqda üz üzə gələcək
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu gün UEFA Superkuboku uğrunda həlledici qarşılaşma keçiriləcək.
İdman.Biz xəbər verir ki, mövsümün ilk böyük Avropa finalında UEFA Çempionlar Liqasının son qalibi PSJ ilə UEFA Avropa Liqasının qalibi “Aston Villa” üz-üzə gələcək.
Görüş Avstriyanın Zaltsburq şəhərindəki “Red Bull Arena”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Matçı Somalidən olan FIFA referisi Omar Artan idarə edəcək. 34 yaşlı hakim üçün bu təyinat tarixi əhəmiyyət daşıyır. O, UEFA Superkubokunu idarə edən ilk qeyri-avropalı hakim olacaq.
PSJ 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasının finalında “Arsenal”ı məğlub edərək tarixində ilk dəfə turnirin qalibi olub. “Aston Villa” isə UEFA Avropa Liqasının finalında “Frayburq”u məğlub edərək kuboku başı üzərinə qaldırıb.
Beləliklə, Zaltsburqda keçiriləcək qarşılaşmada Avropanın iki əsas klub turnirinin son qalibi mövsümün ilk titulunu qazanmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, UEFA Superkuboku ənənəvi olaraq Çempionlar Liqasının və Avropa Liqasının son qalibləri arasında keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 12 Avqust 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















