UEFA turnirləri üçün Türkiyə klublarının iştirak formatı bəlli oldu
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Türkiyə klublarının 2026-2027 mövsümündə UEFA turnirlərində iştirak formatı açıqlanıb.
Redaktor.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası Superliqa mövsümünün başa çatmasından sonra komandaların Avropa kuboklarındakı mümkün marşrutlarını rəsmən müəyyənləşdirib.
Superliqanın qalibi "Qalatasaray" UEFA Çempionlar Liqasının əsas mərhələsinə birbaşa vəsiqə qazanıb. Mövsümü ikinci pillədə başa vuran "Fənərbağça" isə turnirə 2-ci təsnifat mərhələsindən qoşulacaq.
Çempionatı üçüncü sırada tamamlayan "Trabzonspor" UEFA Avropa Liqasında çıxış edəcək. Qara dəniz təmsilçisi Türkiyə Kubokunu qazandığı halda Avropa Liqasının pley-off mərhələsindən mübarizəyə başlayacaq. Komanda kuboku əldə edə bilməsə, turnirin 2-ci təsnifat mərhələsində iştirak edəcək.
Türkiyə Kubokunun taleyi digər klubların Avropa ssenarisinə də təsir edəcək. Kuboku "Konyaspor" qazandığı halda, bu komanda Avropa Liqasının pley-off mərhələsinə vəsiqə əldə edəcək.
Əgər kuboku "Trabzonspor" qazanarsa, "Beşiktaş" Avropa Liqasının 2-ci təsnifat mərhələsində çıxış edəcək, "Başakşehir" isə UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinə qatılacaq.
Kubokun "Konyaspor" tərəfindən qazanılması halında isə "Beşiktaş" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində oynayacaq. "Konyaspor" Avropa arenasına çıxacaq, "Başakşehir" isə avrokuboklardan kənarda qalacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 18 May 2026 10:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















