UEFA Yamalın Qızıl top mərasiminə gəlişini bu Azərbaycan mahınısı ilə paylaşdı VİDEO
Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.
Ötən gün "Qızıl top"un təqdimetmə mərasimi keçirilib.
Publika.az xəbər verir ki, qala gecədə futbol dünyasının nüfuzlu simaları iştirak edib. Bu ildən ali mükafatı dəstəkləyənlər arasında UEFA-nın da olması marağa səbəbə olub.
Qitənin ali futbol qurumu sosial şəbəkə hesablarında turnirlə bağlı geniş auditoriyanı əhatə edən paylaşımlar edib. Belə postlardan biri Azərbaycanda da gündəm olub.
Söhbət UEFA Çempionlar Liqasının rəsmi səhifəsində edilən paylaşımdan gedir. "Barselona"nın gənc ulduzu Lamin Yamalın sözügedən mərasimə qırmızı xalça üzərindən gəlişini təqdim edən səhifə fonda azərbaycanlı bəstəkar Andrey Babayevin müəllifi olduğu "Ləpələr" mahnısından istifadə edib.
Mahnının sözləri İslam Səfərliyə məxsusdur. Qeyd edək ki, bu mahnını görkəmli tarzən Ramiz Quliyev tarda solo ifa edib.
ÇL-in bütün sosial şəbəkələrdəki rəsmi səhifələrində edilən bu paylaşım böyük marağa səbəb olub.
Heybət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 04 Noyabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















