UEFA yeni sistemini işə saldı VAR bu hallarda müdaxilə edəcək
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA hakim qərarlarının daha ardıcıl və şəffaf tətbiqini təmin etmək məqsədilə yeni “Clear Line” (“Aydın Xətt”) platformasını təqdim edib.
“Qafqazinfo”nun quruma istinadən məlumatına görə, yeni sistem UEFA-ya üzv bütün federasiyaların hakimləri tərəfindən təsdiqlənib.
Platforma həm milli, həm də Avropa səviyyəsində hakim qərarları və VAR müdaxilələri üçün vahid istinad çərçivəsi olacaq.
“Clear Line” platformasında 150-dən çox hakimlik ssenarisi yer alır. Burada oyun qaydalarının müxtəlif vəziyyətlərdə necə şərh edilməli olduğu, həmçinin VAR-ın hansı hallarda müdaxilə etməli və ya etməməli olduğu ətraflı izah edilir.
UEFA bildirir ki, yeni sistemin əsas məqsədlərindən biri VAR protokolunun mühüm prinsipini qorumaqdır: video müdaxiləsi yalnız aydın və aşkar səhv olduqda həyata keçirilməlidir.
Platformada mürəkkəb və mübahisəli epizodlarla bağlı qərarların arxasında dayanan məntiq video nümunələri və vizual izahlarla göstərilir.
UEFA hesab edir ki, “Clear Line” hakimlər, futbolçular, məşqçilər, şərhçilər və azarkeşlər üçün qərarların daha yaxşı başa düşülməsinə kömək edəcək.
Qurumun açıqlamasında bildirilir ki, platforma yalnız mövcud qaydaları izah etməklə kifayətlənməyəcək. Futbolda yeni və mürəkkəb vəziyyətlər yarandıqca, həmçinin müəyyən epizodlarla bağlı əlavə açıqlamaya ehtiyac olduqda sistem yenilənəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 12 Avqust 2026 08:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















