UEFAdan Əliyar Ağayevə növbəti təyinat gəldi
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağayev UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək “Ferensvaroş” (Macarıstan) – “Malmö” (İsveç) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Noyabrın 28-də Budapeşt şəhərində yerləşən “Ferensvaroş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

UEFAdan Əliyar Ağayevə növbəti təyinat
16 Noyabr 2024 11:01
UEFAdan Əliyar Ağayevə təyinat
26 Noyabr 2024 11:01

