Uels şahzadəsi həyat yoldaşı ilə yeni evə köçür
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
London, 16 avqust, AZƏRTAC
Uels şahzadəsi Uilyam və həyat yoldaşı Keyt Midlton Vindzorda yerləşən 8 otaqlı “Forest Lodge” malikanəsinə köçəcəklər.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, övladları 12 yaşlı Corc, 10 yaşlı Şarlotta və 7 yaşlı Luis də onlarla birlikdə yaşayacaq.
Kensinqton Sarayının sözçüsü bildirib ki, onlar evə bu ilin sonunda köçəcəklər. Məlumata görə, köç və təmir xərcləri ailənin şəxsi vəsaiti hesabına ödəniləcək və bu, vergi ödəyicilərinə əlavə yük yaratmayacaq. Ev şahzadə Uilyam taxta çıxandan sonra da onların daimi iqamətgahı olaraq qalacaq. Artıq malikanədə kiçik təmir işlərinə başlanılıb. Ailə Milad bayramına qədər yeni evlərinə köçməyi planlaşdırır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Baxış sayı:91
Bu xəbər 16 Avqust 2025 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















